Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PAŞA Holding-in dəstəyi ilə “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” yenidən baş tutacaq
PAŞA Holding-in dəstəyi ilə “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” yenidən baş tutacaq

PAŞA Holding-in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” yenidən baş tutacaq.

PAŞA Holding-in dəstəyi ilə dayanıqlı inkişafa çatımlılıq prosesində qadınların innovativ təşəbbüslərini və zorakılıqla mübarizədəb onların iqtisadi azadlıqlarının əhəmiyyətini vurğulmaqla, 2 gün keçiriləcək multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həyatlarının müxtəlif mərhələlərində zorakılıqla üzləşmiş qadınların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

İlkin uğurlu nəticələrinə əsasən 2-ci dəfə həyata keçiriləcək “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” bu dəfə yaşı 50-ə qədər olan 80 qadın sahibkarın fəaliyyətini dəstəkləməyi hədəfləyir. Qeyd edək ki, 2022-ci ilin mart ayında həyata keçirilmiş Woman Bazaar-dan icmal görüntünü buradan keçid edərək izləyə bilərsiniz.

Festivalda 2 gün ərzində qadın sahibkarların festivaldan sonrakı fəaliyyətlərində daha effektiv satış bacarıqlarına yiyələnmələri və öz iqtisadi imkanlarını daha da genişləndirmələrinə dəstək olmaq məqsədilə biznes etikası və satış texnologiyalarından istifadə imkanları, brendinq, sosial mediadan səmərəli istifadə, sahibkarlığın hüquqi aspektləri və dayanıqlı maliyyə menecmenti kimi mövzuları əsasında təlimlər, seminarlar və vörkşoplar həyata keçiriləcəkdir.

  • Festival haqqında əsas məlumatlar:

Tarix: 17 - 18 Dekabr

Saat: 09:00 - 20:00

Məkan: Landmark Hotel Baku

  • Festival kimlər üçündür?

1. Öz məhsulunun istehsalını və satışını həyata keçirən yaşı 50-ə qədər olan qadın

sahibkarlar;

Qeyd: Azərbaycanın hər bölgəsindən qadın sahibkarların iştirakı mümkündür. Bölgələrdən gələn qadınların yol və qida xərcləri qarşılanacaqdır.

2. Həyatının müxtəlif mərhələlərində məişət zorakılığın hər hansı növü ilə üzləşmiş və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən qadın sahibkarlarlar;

3. Alıcı qismində qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs (sadə vətəndaşlar, Dayanıqlı İnkişaf Məqsədlərini hədəf alan icma, sosial platforma və təşkilat nümayəndələri və s.)

Qeyd: Hər sahibkarın bazarın yalnız 1 günündə iştirakı mümkündür.

Qeyd: COVİD19 əleyhinə keçərli 3 dozalı keçərli vaksin sertifikatı və ya immunitet sertifikatının olması mütləqdir. Festivalda sahibkar qismində iştirak etmək üçün qeydiyyatdan keçməyiniz mütləqdir.

Qeydiyyat linki: https://cutt.ly/NNdev85

İştirak ödənişsizdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »