Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiya Xersonu öz strukturuna qəbul etdiyinə görə təəssüflənmir
Peskov: Rusiya Xersonu öz strukturuna qəbul etdiyinə görə təəssüflənmir

"Kreml Xerson vilayətini ölkənin strukturuna qəbul etdiyinə görə peşman deyil".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, cümə günü jurnalistin Kremlin Xerson vilayəti də daxil olmaqla, dörd yeni rayonun Rusiya Federasiyasına təntənəli qəbul edilməsi ilə bağlı mərasim keçirməsindən peşman olub-olmaması ilə bağlı sualını cavablandırarkən: "Xeyr, Kreml peşman deyil", - deyib.

Peskov bildirib ki, Xerson vilayəti Rusiya Federasiyasının subyekti kimi qanunla təsbit olunub, bunu dəyişməz olaraq qalacaq.

Peskov hərbçilərin Xerson vilayətindəki rus qoşunlarını Dnepr çayının sol sahilinə çıxarmaq qərarına münasibət bildirməyib və bu məsələ ilə bağlı bütün sualları Rusiya Müdafiə Nazirliyinə yönləndirib.

Kremlin sözçüsü: "Mənim bu mövzuda əlavə edəcəyim heç nə yoxdur, burada bir növ geniş şərhlər üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayın", - deyə jurnalistlərə bildirib. O xatırladıb ki, qoşunların çıxarılmasını "xüsusi hərbi əməliyyat" zonasındakı qrupun komandiri Sergey Surovikin təklif edib, qərarı müdafiə naziri Sergey Şoyqu verib.

“Müdafiə Nazirliyi ilə əlaqə saxlamağınızı xahiş edirəm, bu mövzuda deyiləcək heç nə yoxdur”, – Peskov təkrarlayıb. O, əlavə edib ki, qərar "xüsusi hərbi əməliyyatın" gedişinə aiddir, ona görə də bu barədə şərh verə bilməz.

Peskov ekspertlərin Xerson ətrafındakı vəziyyətlə bağlı sözlərini şərh etməyib, o bildirib ki, “müharibə davam edir”.

Peskov bildirib ki, Rusiya hakimiyyəti Ukrayna hakimiyyətinin danışıqlara hazır olduğuna inanmır, ona görə də onlar müharibə davam etdir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin danışıqlara hazır olduğunu bəyan edib. Lakin onun şərtləri ilə, o cümlədən Rusiyada rəhbərliyin dəyişdirilməsini tələb edib. Rusiya Federasiyasının müharibənin diplomatik şəkildə başa çatdırmaq istəyini Amerika lideri Co Bayden də təfərrüatsız bəyan edib.

"Ukraynadakı münaqişədə məqsədlərinə çatdıqdan sonra və ya dinc danışıqlar yolu ilə hədəflərə nail olduqdan sonar başa çatdırıla bilər, bu da mümkündür", - Kreml sözçüsü Kiyevin barışmaz mövqeyini qeyd edib. “Kiyev danışıqları istəmir, müharibəni sona qədər davam etdirmək istəyir”, – Peskov əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »