Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reznikov: Surovikin Rusiyanın taktikasını dəyişib
Reznikov: Surovikin Rusiyanın taktikasını dəyişib

Ukraynadakı rus işğalçı qüvvələrinə yeni komandan Sergey Surovikinin təyin olunmasından sonra rusların taktikası dəyişib. Düşmən dinc əhaliyə qarşı terror taktikalarından istifadə etmək ehtimalı artıb.

Bizimyol.info xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksiy Reznikovun “Reuters”ə müsahibəsində qeyd etdiyi kimi, Surovikin “terrorçuların doktrinasından” istifadə edir və mühüm infrastruktur obyektlərinin və mülki şəxslərin kütləvi atəşə tutulmasını təşkil edir.

Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Surovikinin təyinatından sonra Rusiya ordusunda nizam-intizam daha da möhkəmlənib. Eyni zamanda işğalçıların taktikası da dəyişib.

O, terror taktikasından istifadə tdərək qanadlı raketlərdən, reaktiv mərmilərdən və İranın xüsusi pilotsuz təyyarələrindən istifadə etməklə dinc əhaliyə həmçinin vacib infrastruktura zərbələr vurur”, - Reznikov bildirib.

"Bundan əlavə, işğalçılar artıq Ukraynaya əvvəlki kimi bir-iki raket atmırlar. İndi ruslar gündə ən azı 40 raket atıb dayanırlar. Bu rus döyüş taktikası deyil. İndiyə qədər iştirak etdikləri müharibələrdə Rus hərbçiləri belə döyüş üslubundan istifadə etməyib”, - deyə nazir bildirib.

Putinin göstərişi ilə, 2022-ci il oktyabrın 8-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı orduya komandanı təyin edib. Bu vəzifəyə 55 yaşlı general Sergey Surovikin təyin edilib.

Hərbi ekspert Oleq Jdanov hesab edir ki, Putin bu təyinatı məğlub olacağı təqdirdə məsuliyyəti Surovikinin üzərinə atmaq üçün edib. Eyni zamanda, onun sözlərinə görə, Surovikin daha çox “Hələb qəssab” ləqəbi ilə tanınır.

Daha sonra jurnalistlərin araşdırmaları ilə Ukraynadakı müharibənin yeni komandiri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin generalı Sergey Surovikinin 2 milyon dollar dəyərində elitar mülkün sahibi olduğu üzə çıxıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »