Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Politico": Müharibə Ukraynanın NATO qoşulmasını əngəlləyir
"Politico": Müharibə Ukraynanın NATO qoşulmasını əngəlləyir

Bəzi NATO ölkələri, o cümlədən Polşa və Yunanıstan Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq niyyətini dəstəkləyib və bunun üçün müvafiq ərizə verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Politico" qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, NATO liderlərinin oktyabrda Brüsseldə qapalı formatda keçirilən görüşü zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə dəstəyin vacibliyini və hərbi təchizat ehtiyacını vurğulayıb.

Pentaqonun rəhbəri Ukraynanın NATO-ya üzv olmaq istəyini qeyd edib. Eyni zamanda, onun fikrincə, yaxın vaxtlarda bu məsələ ilə bağlı heç bir qərar verilməyəcək.

"NATO-nun digər nümayəndələri, o cümlədən Polşa və Yunanıstandan olanlar Ukraynanın təklifini dəstəklədiklərini bildiriblər", - qəzet görüş zamanı müzakirələrlə tanış olan adı açıqlanmayan rəsmiyə və görüşün hesabatına istinadən yazıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzv olmayacağının tanınmasının vacibliyini bəyan edib. Lakin sentyabrın sonunda o, hərbi-siyasi bloka sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə imzalayıb. NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərin alyansın belə bir müraciətə baxmağa hazır olub-olmaması ilə bağlı birbaşa sualına cavab verməyib. Oktyabrın 6-da Aİ-nin daxili bazar üzrə komissarı Thierry Breton bildirib ki, Kiyev Ukrayna ərazisində hərbi əməliyyatlar fonunda NATO-ya üzv ola bilməz.

Qeyd edək ki, Rusiya prezidentinin qərarı ilə fevralın 24-də rus qoşunları Ukrayna ərazilərinə qaxil olub. Artıq 9 aya yaxındır ki, Ukrayna ərazilərində müharibə davam edir. NATO-nun nizamnaməsinə əsasən, ərazisində münaqişə olan dövlət həmin müddətdə alyansa qəbul edilə bilməz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »