Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Qarabağda hansı maraqları var? – Suren Sarkisyandan açıqlama
ABŞ-ın Qarabağda hansı maraqları var? – Suren Sarkisyandan açıqlama

“ABŞ Rusiyanın bu regionda təsirini azaltmaq və Baltikyanı ölkələrdəki vəziyyətə oxşar vəziyyət yaratmaq üçün Cənubi Qafqazda münaqişələrin həllində maraqlıdır”.

Bizimyol.info xəbər verir k, bu barədə beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan “Novosti-Armenia” kanalının “Xüsusi rəy” proqramında bildirib.

Sarkisyan bildirib ki, 1991-ci ildən ABŞ-ın regiondakı maraqları bir məqsəd ətrafında cəmlənib: Rusiyanın regiondakı təsirini balanslaşdırmaq, maksimum plan Rusiyanın regiondan tamamilə çıxarılmasıdır.

"Artsaxın statusu məsələsi təkcə bizi və Azərbaycanı deyil, həm də ABŞ və Rusiyanı narahat edir. Amerika tərəfində belə bir fikir var ki, nə qədər, Qarabağ münaqişəsi var, Ermənistan-Türkiyə münasibətləri nizamlanmayıb və yoxdur - Rusiyanın təsiri isə güclü olaraq qalacaq. ABŞ isə bizim regionda Baltikyanı ölkələrdə olduğu kimi bir vəziyyət görmək istəyir. Yəni bu 3 dövlətin öz aralarında münaqişə olmasın və onların ümumi qərbyönlü xarici siyasət baxışları olsun”.

Ermənistan ekspertinin fikrincə, bu məqsədlə ABŞ 90-cı illərdən bəri regionda münaqişələri həll etməyə çalışır: “Hər dəfə Ermənistan-Türkiyə və ya Qarabağ münaqişəsinin həlli ehtimalı olanda ABŞ fəallaşır, bu cür fəaliyyətin səbəbləri ilə bağlı suallar yaradırdı.

Əvvəlcə məqsəd bu idi: regional münaqişələrin həlli nəticəsində Rusiyanı bölgədən çıxarmaq. Əgər Ermənistan-Türkiyə münasibətləri nizamlanarsa, Ermənistan-Türkiyə sərhədində yerləşən Rusiya hərbi birləşmələrinin burada nə işi var? Qarabağ münaqişəsi həll olunarsa, sülhməramlıların orada nə işi var?” - deyə o, bildirib.

Sarkisyan ABŞ-ın münaqişənin necə həll olunacağına əhəmiyyət vermədiyinə də diqqət çəkib.

"Onlar üçün münaqişənin özünün həlli vacibdir ki, region Rusiyanın təsir zonasını tərk etməyə başlasın. Onlar üçün bu, fundamentaldır: bu məqsədə çatmaq üçün yol yox, münaqişənin həlli vacibdir. Lakin onlar münaqişənin zəif tərəfin hesabına həll ediləcəyini yaxşı başa düşürlər” ,- deyə o, sonda qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »