Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana qarşı Azərbaycanı dəstəkləyəcək - Dövlət Departamenti
ABŞ İrana qarşı Azərbaycanı dəstəkləyəcək - Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı “İrandan təhlükə yaranarsa, Amerika Azərbaycanı qoruya biləcəkmi?” sualına cavab verib.

Bizimyol.info xəbər verir ki, Ned Prays çıxışı zamanı xatırladıb ki, dövlət katibi Entoni Blinken bir neçə gün əvvəl erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşüb. O, bildirib ki, “Vaşinqton İranın region üçün təhlükə olduğunu açıq şəkildə bəyan edib”.

"Biz İranın regionda və ola bilsin, ondan kənarda sabitliyi pozan təsirinə qarşı tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik",- deyə Prays bildirib.

ABŞ-ın niyə İranın ali ruhani liderinə qarşı sanksiyalar elan etməməsi ilə bağlı suala isə Prays belə cavab verib: “ABŞ İran rejiminə təzyiq etmək üçün düzgün yollar axtarır”.

Dövlət Departamentinin sözçüsü onu da bildirib ki, o, nüvə proqramından və ballistik raketlərdən tutmuş, “terrorçuluq və marionet qüvvələrə dəstək verilməsinədək” bütün “zərərli fəaliyyətləri”nə görə artıq ağır sanksiyalara məruz qalıb.

Ermənistan mediası bu açıqlamadan sonra narahat olaraq guya xatırlatma etmək istəyərək yazıb ki, “bundan əvvəl İran Xarici İşlər Nazirliyi Şiraz şəhərindəki Şah Çərəx məqbərəsinə hücumun təşkilində əli olmaqda şübhəli bilinərək ümumilikdə 26 nəfər (Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları) saxlanılıb”.

Amma bildiyimiz kimi, İran Azərbaycanın adını belə məsələlərdə qəsdən hallandırır. Günün birində bu terror aktını elə İranın özünün təşkil etdiyi bəlli olsa, təəccüblənmək lazım deyil.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »