Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ordumuzun vəziyyəti İranı yerində oturtmağa imkan verir"
"Ordumuzun vəziyyəti İranı yerində oturtmağa imkan verir"

Azərbaycanın Qarabağ uğurundan sonra İran İslam Respublikasının ölkəmizə qarşı siyasətində dönüş yarandı desək, əslində doğru olmaz. İran müstəqilliyimizin ilk illərindən mütəmadi olaraq, bizə qarşı təxribat və düşmən mövqeyini gizli şəkildə aparırdısa, 2020-ci il qələbəmizdən sonra İran bütün kartlarını açmaq zorunda qaldı. Azərbaycanın güclənməsi və ağıllı xarici siyasəti İranı açıq şəkildə seçim etməsinə məcbur etdi. 30 il davam edən işğal dövründə gizlin görülən anti-Azərbaycan və anti-Türk siyasəti bu gün İranda rəsmi dövlət siyasəti səviyyəsindədir.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb. O, qeyd edib ki, bu yaxınlarda İran parlamnetinin spikerinin Azərbaycana səfəri təxirə salınması əslində bu görüşün heç bir məna kəsb etməməsi səbəbindən idi.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

“İran hazırda sürətlə Ermənistanla əlaqələrini daha da inkişaf etdirmək istiqamətində çalışır. Lakin İranın şiə rejiminin Ermənistan sevgisi ağıllı siyasətə bağlı deyil, bu yaxınlaşma daha çox etnik bağlılıq və Türk düşmənçiliyi üzərindən həyata keçirilir. Qafanda donuz tövləsinə bənzəyən damda tələsik konsulluq açması, bunların təbirincə Zəngəzur dəhlizinin açılmasına mane olacaqlarını güman edərək reallaşdırıblar. Bu dalğada Rusiyanın dəstəyi ilə Xankəndidə ilişib qalmış və hazırda Kremlin girovuna çevirilən əhalinin aktivləşməsi üst-üstə düşür. Putinin xeyir-duası ilə Xankəndiyə göndərilən milyonçu Vartanyan da bu layihənin tərkib hissəsidir”,- deyə Vasif Əfəndiyev qeyd edib.

Politoloqun fikrincə, hazırda Fransa-İran-Rusiya üçlüsü Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində ermənilər üçün özünü idarəetmə qurumu yaratmaq istiqamətində birgə çalışırlar.

“Bu günlərdə İlham Əliyev bu qüvvələrə konkret sözünü dedi və bildirdi ki, ermənilər üçün heç bir muxratariyyət, vilayət və ya hər hansı formada Azərbaycan qanunlarına tabe olmayan qurum yaranmayacaq. Dağlıq Qarabağ problemi termini keçmişdə qalıb. Bu 3 dövlətin informasiya məkanları da eyni ssenari iıə bizə qarşı köklənmiş şəkildə fəaliyyət göstərirlər. İranın bizə qarşı təhdiləri də onun öz başında çatlaya bilər. Ordumuzun bugünkü vəziyyəti bizə imkan verir ki, hətta İran kimi təcavüzkarı yerində oturtsun”,- deyən Vasif Əfəndiyev bildirir ki, bizi ən çox narahat edən cənub qonşumuz olan İrandır. İranın daxilində baş verən proseslər bu ölkəni bir an da olsun bizə qarşı olan kin, nifrət və düşmənçiyliyini unutdurmur.

Vasif Əfəndiyevin fikrincə, İran İslam Respublikasının dövlət quruluşu təhlükə altındadır. Belə ki, İran xalqı məzhəb dövlətini artıq istəmir. O səbəbdən də, iki aya yaxındır ciddi etirazlar və iğtişaşlar törədilir.

“İran özünü imperiya saysa da, artıq yolun sonuna gəlib çatıb. Bu gün Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev İrana səfərə gedərək düşdükləri bataqlıqdan çıxmaq üçün birgə yollar axtaracaqlar”,- deyən politoloq hesab edir ki, Ukrayna tərəfindən Rusiya qoşunlarının Xerson şəhərindən qovularaq çıxarılması çox ciddi hadisədir və savaşda dönüş nöqtəsidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »