Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın nüvə silahından istifadə etməsi qeyri-mümkündür"
"Rusiyanın nüvə silahından istifadə etməsi qeyri-mümkündür"

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə inanmadığını bildirib. Nazir bunun qeyri-mümkün olduğunu düşünür.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  Reznikov bu barədə “Reuters” agentliyinə danışıb.

Aleksey Reznikov Aleksey Reznikov

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin lazım gələrsə, Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edəcəyini açıq şəkildə bəyan edib.  Lakin bu inandırıcı deyil.

"Düşünmürəm ki, bundan istifadə edəcəklər. Amma yenə də qonşun  “əlində qumbara olan meymundursa” hər cür riski  nəzərə almalısan”-deyə o əlavə edib.

Reznikov həmçinin bildirib ki, general Sergey Surovikinin Rusiya işğalçı qüvvələrinin komandanı təyin olunmasından sonra Putin ordusu daha qəddar və nizam-intizamlı olub.

Nazir hesab edib ki, Rusiya hazırda mülki əhaliyə və mühüm infrastruktura qarşı “terror taktikası” tətbiq edir.

“Onlar Ukraynaya əvvəlki kimi bir və ya iki raket göndərmirlər, gündə 40 raket  istifadə edirlər, sonra bir qədər gözləyirlər, sonra yenə atırlar” -deyə  nazir bildirib.

Reznikov həmçinin qeyd edib ki,  qış döyüşləri ləngidir, hər iki tərəfə yenidən güclənmək şəraiti yaradır.  Ukrayna qış fasiləsindən maksimum istifadə edəcək və ondan güclü və hazırlıqlı çıxacaq.

“Qış bütün tərəflər üçün döyüş meydanında istənilən fəaliyyəti ləngidər... Bu, bütün tərəflər üçün faydalıdır... Biz bu vaxtı ordumuz üçün, yenidən qruplaşma, yenilənmə və rotasiya üçün maksimum istifadə edəcəyik və yaxşı hazırlaşacağıq”, - deyə  Ukraynanın Müdafiə naziri bildirib.

Nazir Xersonla bağlı sualı cavablandırarkən qeyd edib ki,  Rusiyanın Xerson vilayətində 40 min əsgəri var və geri çəkilmə elan edilməsinə baxmayaraq, şəhərdə, şəhərin ətrafında və Dnepr çayının qərb sahilində hələ də qüvvələri var.

“Və bu qoşunları bir-iki günə Xersondan çıxarmaq çox asandır”,- deyə o qeyd edib.

Xatırladaq ki,  bir müddət əvvəl Müharibə Tədqiqatı İnstitutu bildirib ki, Rusiya rəsmiləri noyabrın əvvəlində nüvə silahından istifadə ilə bağlı ritorikalarını azaltmağa başlayıblar.

Buna baxmayaraq, gələcəkdə Kreml ABŞ və müttəfiqlərini Ukraynaya təzyiq göstərmək üçün “nüvə oyunları” oynamağa davam edə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »