Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Tsinpinq G20 və AİƏT sammitlərində iştirak edəcək
Si Tsinpinq G20 və AİƏT sammitlərində iştirak edəcək

Çin sədri Si Tsinpinq İyirmilik Qrupu (G20) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (AİƏT) sammitlərində iştirak etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinin bəyanatında deyilir.

Verilən məlumatda bildirilir ki, Si Tsinpinqin G20 sammitində iştirak etmək üçün noyabrın 14-dən 17-dək İndoneziyanın Bali adasına, 17-19-da isə Taylanda səfər edəcək və burada AİƏT liderlərinin görüşündə iştirak edəcək. Çin prezidenti G20 və AİƏT çərçivəsində ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronla görüşməyi planlaşdırır.

"Çin Xarici İşlər Nazirliyinin sözçüsü, zirvə görüşləri çərçivəsində Si Tsinpin Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Co Bayden, Seneqal prezidenti Makki Salem, Argentina prezidenti Alberto Fernandez və digər liderlərlə ikitərəfli görüşlər keçirəcək", - deyə bəyanatda qeyd edilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, Balidə Si Tsinpinq və Bayden arasında görüş zamanı əsas mövzunun ABŞ ilə münasibətləri normallaşdırmaq üzərinə qurulacağı qeyd edilir. Nazirliyin sözçüsü brifinq zamanı Qərb jurnalistinin Pekinin iki ölkə liderlərinin qarşıdan gələn görüşündən nə gözlədiyi ilə bağlı sualını cavablandırarkən deyib: “İlk növbədə, Çin və ABŞ münasibətlərinin normala dönməsini təmin etməyə çalışacağıq. Vəziyyətin normallaşacağı təqdirdə başqa məsələlər barədə danışmaq olar”.

Ağ Evin cümə axşamı elan etdiyi kimi, Bayden və Si Tsinpinq noyabrın 14-də Balidə G20 sammiti çərçivəsində görüşəcəklər. G20 sammiti noyabrın 15-16-da, AİƏT sammiti isə 16-19 noyabrda keçiriləcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »