Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan Respublikasının səfiri İlham Əliyevin çıxışından sonra Tehrandakı Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.

Bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin qələbə günü mərasimində bildirib ki, Azərbaycan Respublikasının sərhəddində təlimlərin keçirilməsi Bakı üçün qorxu yaratmayacaq.

Bundan öncə də Əliyev İranla Ermənistanın yaxın münasibətlərinə toxunaraq demişdi: “Məscidləri dağıdan ölkəyə islamçılıq iddiasında olan bir ölkənin qollarını açmaq riya və xəyanətdən başqa bir şey deyil”.

Fars hökumət xəbər agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü bu şərhə cavab olaraq, Ermənistan və Azərbaycan Respublikası sərhədlərində keçirilən son təlimi adi və planlaşdırılmış bir hərəkət adlandırıb və müvafiq qonşulara keçirilməzdən öncə rəsmi kanallar vasitəsilə məlumat verilib.

İranın nazir müavini və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Azərbaycan səfirini XİN-ə dəvət edərək İslam Respublikasının Azərbaycan hakimiyyət orqanlarının bəyanatlarından narazılığı və etirazı barədə məlumatlandırıb. İranın diplomatiya idarəsi səfirə: “Biz bu prosesin ən qısa zamanda başa çatacağını və onun təkrarlanmasının qarşısını almaq üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik”, - deyib.

Qeyd edək ki, İran İslam Respublikası Qarabağda münaqişə başlayandan indiyə qədər tutduğu ermənipərəst mövqeyini manitorinq etsə, Azərbaycan prezidentinin sözlərinin həqiqət olduğunu anlayar. Çünki İslam dövləti Azərbaycanın münaqişədə zərər çəkmiş, haqlı tərəf olduğu fikrini səsləndirməkdə həmişə "çətinlik çəkib". Əksinə olaraq bu dövr ərzində daim Ermənistana yardım edib. Müharibə zamanı İran yanacaqları ilə işləyən erməni texnikaları Azərbaycan ərazilərinin, xüsusilə də dic əhalini atəşə tutub.  Azərbaycanda mülki şəxslərinin, körpə uşaqların və hərbçilərin şəhid edilməsində İranın "müstəsna xidməti" var. Amma İslam Respublikasının baş siyasət idarəsi səfirimizlə danışıq zamanı bu barədə bir kəlmə də deməyib.

Bu arada Azərbaycan Respublikası ötən həftə Bakıda İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinə bağlı silahlı qruplaşmanın həbs edildiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »