Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə və Azərbaycan yerindən qalxsa, İran tarixin arxivinə köçəcək"
"Türkiyə və Azərbaycan yerindən qalxsa, İran tarixin arxivinə köçəcək"

Bir müddət əvvəl, İran parlamentinin spikerinin, Azərbaycana planlaşdırılmış səfəri təxirə salındı və İran nümayiş etdirirmiş kimi, bu səfəri Ermənistanla əvəzlədi. Son günlər İran rəsmi siyasətinin özünü göstərən əlamətləri əslində İran rejiminin, İran dövlətinin əsl mahiyyətini üzə çıxarır. Əslində bu davranışlar İran rəsmi siyasətinin daxili mahiyyətidir. Bu addımlar bu günə qədər İran dövlətindən görmək istəmədiyimiz, İran dövlətinin mehriban qonşuluğa, tarixi, mədəni əlaqələrə, islam həmrəyliyinə əsaslanan davranış nümayiş etdirəcəyinə ümidlərimizə baxmayaraq İran siyasətinin mahiyyətini üzə çıxardı.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər həm İran rəsmilərinin fikirləri, həm İran dini liderinin səsləndirdiyi sərsəm bəyanatlar, eyni zamanda İran hərbi birləşmələrinin Azərbaycan sərhədində həyata keçirdiyi mənasız, qeyri-ciddi hərbi təlimlər onu göstərir ki, İran heç də Azərbaycan dövlətinin güclənməsi və öz gücünə qısa bir müddət ərzində onilliklərə söykənən işğal faktını aradan qaldırılmasını həzm edə bilmir. Məhz Azərbaycan dövlətinin qısa müddət ərzində işğaldan azad olmuş ərazilərdə sürətli quruculuq, yenidənqurma və insanların böyük köçünün, qayıdışını təmin edəcək işlərin görülməsi İranı ciddi şəkildə narahat edir. Separatçı rejimin ayaqda qalmasına xidmət edən beynalxalq hüququn prinsiplərinə zidd addımlar atılması, İran nəqliyyat vasitələri ilə Laçın dəhlizi vasitəsilə separatçılara müxtəlif yüklərin, eyni zamanda silahların daşınması, Ermənistana verilən açıq dəstək, Qərbi Zəngəzurda heç bir diplomatik və iqtisadi əsasa söykənməyən Qafan konsulluğunun açılması, eyni zamanda Təbrizdə Ermənistan konsulluğunun açılacağı ilə bağlı Azərbaycan xalqının təhqir edilməsi kimi qiymətləndirilə biləcək bəyanatların səsləndirilməsi İran rəsmilərinin Azərbaycanla bütün körpüləri yandırmaqda olduğunu göstərir.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Xüsusilə son aylar İran daxili həyatında baş verən iğtişaşlar, dinc sakinlərin İran molla rejiminə avtoritar teokratik, insan hüquqlarının ayaqlar altına atıldığı rejimə etiraz olaraq küçələrə çıxmasına, molla rejiminin sərgilədiyi sərt və dini və insani dəyərlərə ziddiyət təşkil edən davranışlarının İran cəmiyyətində verdiyi əks reaksiyanın sakitləşdirilməsi, səngidilməsi və daxili narazılıqların ölkə daxilindən ölkə kənarına çıxarılması üçün İran hakimiyyəti belə sərsəm davranışlar nümayiş etdirir. Özü üçün dırnaq arasında bir düşmən müəyyən edib. Çox təəssüf ki, İran rejimi islami dəyərlərdən danışaraq, islam dinindən danışaraq, şiəlikdən danışaraq bütün islam dəyərlərini ayaqlar altına atıb. Bütün islam dəyərlərini tapdalayaraq, bütün insani dəyərləri, beynalxalq hüququn prinsiplərini tapdalayaraq, heçə sayaraq Azərbaycanla münasibətləri ən gərgin səviyyəyə qaldırmağa xidmət edən addımlar atılıb”, - deyən politoloq bildirib ki, bunun nə ilə nəticələnəcəyini İran rejimi, molla rejimi çox dəqiqliklə fikirləşməli, hesablamalıdır. Unutmamalıdırlar ki, İran xalqının təxminən 50 faizinə yaxınını məhz Azərbaycan Türkləri təşkil edir. İran ərazisindən Azərbaycan ərazisinə, Şimali Azərbaycana bir güllə atılarsa, ona qarşı cavabı birinci məhz Təbrizdəki soydaşlarımız, məhz Güney Azərbaycan xalqı, oradakı 40 milyon Türk verəcək. O halda indiki terrorçu Ermənistana dəstək verən, əslində özünün də mahiyyətində terrorçu və dövlət terroru elementlərini daşıyan indiki rejim, bunun qarşısında dayana bilməyəcək. Ən böyük zərbəni də İrandakı molla rejimi alacaq.

“Azərbaycan dövlətinin sərgilədiyi təmkinli, düşünülmüş və soyuqqanlı siyasət bundan sonra da davam etdirilirməlidir və etdiriləcək. Bu davranışdan İran özü üçün dərs çıxarmalıdır, bu Azərbaycanın heç də qorxduğu və ya ehtiyat etdiyi kimi qiymətləndirilməməlidir. İran “gözü çıxmış qardaşı” Ermənistandan dərs almalıdır. Bir neçə il bundan öncə 27 sentyabr tarixinə qədər də, 2020-ci il tarixinə qədər də Ermənistan Azərbaycanın təmkinli davranışını qorxaqlıq kimi qiymətləndirirdi. Ermənistan Azərbaycanın soyuqqanlı düşünülmüş siyasətini növbəti müharibə, yeni müharibə, yeni ərazilər kimi cavablandırırdı və bu addımların, bu reaksiyaların, bu düşüncələrin cavabı nə olduğunu həm Ermənistan cəmiyyəti, həm qonşu dövlətlər, bütün dünya və eyni zamanda İran da çox yaxşı görmüşdü” - deyə Anar Əliyev qeyd edib.

Politoloq bildirib ki, eyni davranış bugün İrana sərgilənir. İran gərək unutmasın ki, Türkiyə və Azərbaycan dövlətləri yerindən qalaxacaqsa, Türk dünyası Azərbaycana qarşı edilən haqsız, əsassız hərəkətlərə cavab vermək məcburiyyətində qalacaqsa bu zərbənin altında qalıb əzilən məhz İran dövləti, İranın molla rejimi olacaq. Həm də bu cavaba, bu addıma İranın daxilindən verilən dəstəklə İran rejimi tarixin arxivinə köçəcək.

“İran rejimi bundan düzgün nəticə çıxarmalı, kənarda düşmən axtarmaq əvəzinə, qonşu dövlətlərdə terrorçu qruplaşmalar, təxribatçı qruplaşmalar formalaşdırıb onları maliyyələşdirilməsinə və həmin xalqlara, həmin dövlətlərə qarşı istifadə olunması əvəzinə İran həmin vəsaiti öz vətəndaşlarına, onların sosial rifahının yüksəldilməsinə xərcləməlidir. İran öz vətəndaşlarını dinləməyi bacarmalıdır. İran vətəndaşlarını haqlı narazı salan İran xüsusi xidmət orqanlarının qanunsuz əməllərinin aradan qaldırılmasına çalışmalıdır. Vətəndaşı narahat edən məsələləri, vətəndaşı dinləyərək bu problemləri aradan qaldırmağa nail olmalıdır və bu halda yalnız İran dövlətinin molla rejiminin xilas yolu var. Əks halda qısa bir müddət ərzində biz İran rejimini daha ciddi təzyiqlər və zərbələr altında görəcəyik” - deyən Anar Əliyevin fikrincə, bu zərbələri İranın kənardan edilən qüvvələrlə yanaşı, məhz İran daxilindən İran xalqı özü bu rejimə ən böyük zərbəni yetirəcəkdir.

Politoloq hesab edir ki, İran dövləti atdığı addımları, xüsusilə də terroru özünün rəsmi dövlət siyasətinə çevirən İran kimi bütün bəşəri və ilahi dəyərlərdən uzaq dayanan, Ermənistanı özünün qardaşı elan etməkdən, “onun sərhədləri bizim qırmızı xəttimizdir”, “onların hüquqları bizim qırmızı xəttimizdir” kimi sərsəm və mənasız, gülüş doğuran bəyanatlar səsləndirmək əvəzinə, Ermənistanın kim olduğunu bir daha dərindən fikirləşməlidir. Eyni zamanda özünün kim olduğunu bilməlidir. İstifadə etdiyi sözlərdə hansı ifadələr işlətdiyini, əməlində hansı davranışlar nümayiş etdirdiyini götür-qoy etməli və bundan nəticə çıxarmalıdır. İlk növbədə qonşulardan, sonra öz xalqından üzr istəyərək, etdiyi səhvləri düzəltməyə çalışmalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »