Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ üçün ən böyük bəla…
ABŞ üçün ən böyük bəla…

Son 5 əsrdə - XVII əsrdən bəri dünya zaman-zaman inflyasiya və hiperinflyasiya ilə tanış olsa da, qlobal inflyasiya ilə tanışlığın tarixi son 50 il ilə kifayətlənir. Eynilə bu gün də olduğu kimi, 1970-ci ildə də müharibə və onun gətirdiyi iqtisadi böhran, həmçinin enerji bazarlarında baş verən gərginlik beynəlxalq səviyyədə inflyasiya yüksəlişinə səbəb olmuşdu.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, yarım əsr əvvəl olduğu kimi, indi də dünya iqtisadiyyatı üçün əsas lövbər "Wall Street"dir (ABŞ).

Pünhan Musayev Pünhan Musayev

“Dünən ABŞ Əmək Statistikası Bürosu oktyabr ayı üzrə istehlakçı qiymətləri indeksini açıqladı. Belə ki, əsas inflyasiya 8,2%-dən 7,7%-dək azalıb. Bu, qiymətlərin azalması deyil, qiymətlərin artım sürətinin azalmasıdır. Lakin, əsas inflyasiyanın maksimum əhəmiyyəti sadəcə vəziyyəti müşahidə etməyə yönəlikdir” - deyən iqtisadçı bildirir ki, pul siyasətinə məsuliyyət daşıyan Mərkəzi Banklar isə daha çox baza inflyasiyaya diqqət yetirirlər. Belə ki, əsas inflyasiyadan fərqli olaraq, baza inflyasiya ABŞ-da ötən ay üçün 0,3 bənd azalaraq 6,3%-dək enib. Yarım əsr əvvəl FED inflyasiyanı cilovlamaq üçün hardasa 10 il sərf etmişdi. Bu il isə martdan başlayaraq 6 ay ərzində faizləri 0,25-dən 4.00-dək yüksəltdi. İnflyasiyanın hədəfdən (2%) yüksək qalması FED-in hələ bir müddət də monetar sıxlaşdırmanı davam etdirəcəyi ehtimallarını qüvvədə saxlayır.

İqtisadçı hesab edir ki, bu inflyasiya ilə mübarizənin alternativləri isə işsizlik və resessiyadır.

“III rüb üçün iqtisadi artıma dair ilkin statistikanın (2.6%) pozitiv gəlməsilə tənəzzül mövzusu bir qədər aradan qalxsa da, lakin sonuncu statistikada işsizlik səviyyəsinin 0.2 bənd artaraq 3.7% yüksəlməsini diqqətdən qaçırmaq olmaz. Çünki demokratik ölkələrdə işsizliyin yuxarı həddi həm də insan hüquqlarının göz ardı edilməsi deməkdir” - deyə Pünhan Musayev əlavə edib. O, qeyd edib ki, FED-in sərt pul siyasəti Bayden Administrasiyasının növbəti seçkisinə qədər davam edəcək, bu durum demokratlar üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən, tədbirlər görülmədikdə də, inflyasiya "daşlaşaraq" ənənə halını almış olar ki, bu da perspektivdə ABŞ üçün ən böyük bəlaya çevrilə bilər.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »