Elon Mask Twitter işçilərinə bildirib ki, şirkət artıq uzaqdan iş formatına malik olmayacaq və o: “Bizi çətin günlər gözləyir”, - deyə bildirib.
Bizimyol.info xəbər verir ki, "Bloomberg"in verdiyi məlumata görə, sosial media sahibi işçilərə göndərdiyi elektron poçtda işçilərin həftədə ən azı 40 saat ofisdə olmalarının tələb olunacağını bildirib.
Musk əlavə edib ki, qlobal iqtisadi yavaşlamanın "Twitter"in reklam gəlirlərinə zərbə vuracağına dair mesajı gizlətmək mümkün deyil.
2020-ci ilin may ayında San-Fransiskoda yerləşən şirkət işçilərinə istədikləri təqdirdə evdən onlayn işləyə biləcəklərini söylədi, çünki şirkət "Covid" qapanması zamanı məsafədən iş tədbirlərinin uğurlu olduğu nəticəsinə gəlmişdi.
Lakin Maskın məsafədən işləməyə mənfi münasibət bəslədiyi məlum olub. Bu ilin əvvəlində o, "Twitter" hesabında yazmışdı ki: "Covid səbəbiylə evdə qalmaqla bağlı hər şey insanları aldadır ki, indi çox çalışmaq məcburiyyətində qalmayacaqlar. Kobud oyanış vaxtı gəlir!", - deyə o qeyd edib.
Qadir, Bizimyol.info