Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: “Rusiyanın nəbzi tamamilə dayanıb”
Stoltenberq: “Rusiyanın nəbzi tamamilə dayanıb”

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya qoşunlarının Xersondan qismən çıxarılması Alyansın Ukraynaya effektiv dəstəyini təsdiqləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News" məlumat verib.

"Bu, Ukrayna Silahlı Qüvvələrinin cəsarətinə və qətiyyətinə dəlalət edir, həm də verilən dəstəyin vacibliyini göstərir", - Stoltenberq rus qoşunlarının Xerson vilayətinin sağ sahilindən çıxarılmasını şərh edərkən deyib.

"Son aylarda gördüyümüz ümumi modelin və ya nümunənin bir hissəsidir ki, Rusiyanın nəbzi tamamilə dayanıb, tamamilə ritmi itirib. Onlar işğal etdikləri ərazilərdən imtina etmək məcburiyyətində qalıblar. Ukrayna qüvvələrinin qabaqcıl texnologiyanın idarə edilməsində təlimi, cəsarətlə birlikdə rusları bu addımı atmağa vadar edib. Hərbçilər indi Xerson ətrafında gördüyümüz ərazilərin azad edilməsinə imkan verir”, - NATO-nun baş katibi əlavə edib.

Stoltenberqin belə bir şərhi Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun Ukrayna qüvvələrinin iki istiqamətdə hücumu fonunda Rusiya qoşunlarının Dnepr çayının qərb sahilindən çıxarılmasını elan etməsindən sonra edilib.

Bir gün əvvəl ABŞ müdafiə nazirinin müavini Colin Kahl demişdi ki, Rusiya fevralda genişmiqyaslı işğala başlayandan bəri "on minlərlə itki" verib. Stoltenberq deyib ki, bu NATO-nun qiymətləndirmələri təxminən eynidir.

"Bizdə eyni məlumat var: Rusiya çox şey itirib. Onlar Ukraynaya quru qoşunlarının təxminən 80%-ni göndərdilər. Eyni zamanda itki verdilər - həm şəxsi heyət, həm hərbi texnika, həm də ən əsası müasir sursat növləri. Bu, yenə də ukraynalıların müttəfiqlərin dəstəyi ilə əldə etdikləri uğurlardan xəbər verir”, o, jurnalistlərə müsahibəsində bildirib.

Eyni zamanda, NATO-nun baş katibi xəbərdarlıq edib ki, Kremlin simasında düşməni qiymətləndirməmək olmaz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »