Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ilk hipersəs ballistik raket yaratdığını açıqlayıb
İran ilk hipersəs ballistik raket yaratdığını açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri İranın ilk hipersəs ballistik raketinin yaradılmasını elan edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, yeni balistik raketin hava hücumundan müdafiə sistemlərindən yan keçməyə qadir olduğu iddia edilir. Bu barədə SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir-Əli Hacızadə paylaşıb.

Məlumata görə, bu Tehranın raket potensialı təhlükəsini daha da gücləndirəcək. Ancaq İran hərbçiləri yeni hipersəs raketi ilə bağlı təfərrüatları açıqlamayıblar.  Sadəcə olaraq qeyd edilib ki, yeni raket saatda təxminən 6 min kilometr hərəkət edir.  Hacızadə onu da əlavə edib ki, raket atmosferdə “manevr” etmək qabiliyyətinə malikdir.

"Silah raketdən müdafiə sistemlərinə istiqamətlənib və yeni nəsil raketdir”,- deyə o vurğulayıb.

Analitiklərin fikrincə, İran Rusiya qoşunlarına etdiyi hərbi yardımla Rusiya Federasiyasının rəhbəri Putinə 2015-ci ildə Suriyada Bəşər Əsəd rejimini xilas etməyə kömək etdiyinə görə “borcunu” ödəyir.

Lakin bu cür əməkdaşlıq hər iki ölkə üçün ağrılı nəticələr verə bilər. Məsələn “The Guardian” yazır ki, Rusiya Ukraynaya qarşı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etdiyinə görə, İranda daxili parçalanma yaranır. Belə ki, İranda hökuməti Kremlə silah ötürdüyünə görə açıq şəkildə tənqid edən nüfuzlu şəxlər ortaya çıxıb.

Xatırladaq ki, bir müddət əvvəl verilən əlumata görə, Rusiya İrana 140 milyon avro nağd pul və Ukraynada ələ keçirilən Britaniya və Amerika silahlarının bir neçə nümunəsini daşıyıb.

Bunun qarşılığında isə, Kreml Tehrandan Ukrayna infrastrukturuna zərbələr endirmək üçün istifadə edilən ölümcül pilotsuz təyyarələr alıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »