Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan “son ümid” adlandırdığı layihəyə başlayıb
Yunanıstan “son ümid” adlandırdığı layihəyə başlayıb

Yunanıstan cəbhəsindən gələn açıqlamalarla bir müddətdir Ankara-Afina xəttində gərginlik artır. Afina təxribatçı ritorikasını davam etdirərkən, “son ümid” kimi təqdim edilən layihə üçün bu gün hərəkətə keçib.

Bizimyol.info xəbər verir ki, Afinadan gələn açıqlamalarla Egeydəki gərginlik artmağa davam edərkən, Yunanıstandan gözlənilən addım gəlib. Belə ki, Yunanıstanın baş naziri Mitsotakis “ExxonMobile” şirkətinin Peloponnesdə və Kritin cənub-qərbində təbii qaz kəşfiyyatı aparacağını açıqlayıb.

Mitsotakisin açıqlamasından 24 saat sonra Yunanıstan hərəkətə keçib. “ExxonMobil” təbii qaz yataqlarını kəşf etmək üçün Peloponnesin cənubunda və Kritin qərbində seysmik tədqiqatlara başlayıb.

Yunanıstanın bir nömrəli gündəmi halına gələn bu prosesdən sonra etiraf kimi bir açıqlama gəlib. Ətraf mühit və energetika naziri Kostas Skrekas işi "son ümid" kimi qiymətləndirib.

"Şübhə etdiyimiz yatağın Kritin cənub-qərbində və Peloponnesdə olmasından mədənçıxarma sənayesinin Şərqi Avropa regionunda böyük təbii qaz yatağı tapmaq üçün son ümidi ola bilər",- deyə Skrekas bildirib.

Bundan əlavə, yunan mətbuatı dünən Afinanın Krit planını açıqlayıb. Yunanıstan CNN kanalının "Hidrokarbon araşdırmalarında dəniz qalxanı" başlıqlı xəbərdə qalmaqallı açıqlamalar yer alıb.

Bölgədə “Türkiyə təxribatı”nın ola biləcəyini iddia edən qəzet, silahlı qüvvələrin belə bir ssenariyə qarşı cavab planı üzərində işlədiyini yazıb. Sözügedən xəbərə görə, müdaxilə halında bölgə uzaqdan davamlı olaraq nəzarət altında olacaq.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »