Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Xersondan qaçarkən gülünç səbəblər göstərməsi istehza doğurub
Rusiyanın Xersondan qaçarkən gülünç səbəblər göstərməsi istehza doğurub

Rusiyalı şərhçi Kirill Nabutov Rusiya qoşunlarının Xersondan çıxarılmasının gülünç şəkildə əsaslandırılması ilə nəşğul olan Kreml təbliğatını ələ salıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,  Ukraynada müharibəyə qarşı çıxan jurnalist 1709-cu ildə Poltava döyüşü ilə bağlı tarixi paralellər aparan Marqarita Simonyan və Vladimir Solovyovu axmaq adlandırıb.

Bu barədə Nabutov özünün Telegram kanalında yazıb. O, vurğulayıb ki, həmin günlərdə I Pyotrun komandanlığı altında rus ordusu öz torpaqlarını müdafiə edib, indiki kimi təcavüzkar kimi çıxış etməyib.

Rusiya şərhçisi Xersona görə Simonyan və Solovyova cavab verərək təcavüzkarın kim olduğunu xatırladıb.

"Ekranın bu günkü qəhrəmanları Marqo və Vova “Bülbül” bütün günü Xerson haqqında mızıldanıblar.

Təbii ki, onlar Rusiya İmperiyası tarixinə nəzərə salaraq çıxış edirlər.

Başqa nə ola bilər ki? Burda I Pyotr, orada Kutuzov… Amma  unudursunuz, bircə kiçik fərq var, axmaqlar. O Poltavadakı, Borodinoda Rusiya ordusu işğalçı ordu deyildi,özünü müdafiə edirdi.

Deməli, siz qəhrəmanları qarışdırdınız, uşaqlar, bütün pafosunuzu Ukrayna Silahlı Qüvvələrinə həsr edin.

Yeri gəlmişkən, onlar Moskvaya Kutuzov kimi davranırlar, əvvəlcə Xersonu verdilər ... İndi deyin, təcavüzkar kimdir? ",- deyə  Nabutov vurğulayıb.

Qeyd edək ki,  noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 24-dən işğalçılar tərəfindən ələ keçirilən yeganə regional mərkəzi azad edərək, rus hərbi qrupunun Xerson vilayətinin sağ sahilindən çıxarılması barədə rəsmi göstəriş verib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »