Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda Azərbaycan vətəndaşlarına qarşı açıq terror çağırışları
İranda Azərbaycan vətəndaşlarına qarşı açıq terror çağırışları

İranlılar azərbaycanlıları sərt şəkildə hədələməyə başlayıblar. Belə ki, iranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq edib ki, noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal adekvat cavab veriləcək. Yəni Tehranda aksiya keçiriləcək, aksiya iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar. Eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək və nəqliyyat vasitələri götürülərək yandırılacaq.

  • Maraqlıdır ki, illərdir ikiüzlü siyasət yürüdən İran rejimi  hansı səbəblə belə cəsarətli davrana bilir?
  • İddialar gerçəkləşərsə, Azərbaycanın adekvat cavab verəcəyini düşünmürmü?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər İrandan Azərbaycana qarşı ciddi təhdidlər və hədələr gəlməyə başlayıb. Belə davranışlar ilk deyil və son da olmayacaq.

Samir Hümbətov Samir Hümbətov

“İrandakı müxtəlif dairələr tərəfindən və dövlət rəhbərliyi səviyyəsində belə, Azərbaycana qarşı bu və ya digər formada təhdidlərə şahid olmuşuq. Nə Babainin çıxışı birinci deyil, nə də digər rəsmilərin, analitiklərin, siyasətçilərin və şərhçilərin. Düzdür, bu gün Azərbaycan Naxçıvana İran üzərindən yükdaşımalarını həyata keçirir. Beynəxalq hüquqda öz ərazindən keçməyə icazə verilirsə, onun təhlükəsizliyini təmin etmək hər bir dövlətin borcudur. Əgər orada azərbaycanlı sürücülərə hərhansı bir zərər toxunarsa, nəzərə alınmalıdır ki, İranın məhsulları da Azərbaycan üzərindən Rusiyaya daşınır. Bizim də eyni adekvat addımı atmaq imkanımız var. Amma biz İrandan fərqli olaraq, humanist dövlət olduğumuz üçün hərhansı bir gərginlik  yaranmasını istəmirik” - deyən politoloq qeyd edib ki, İran hərhansı bir addım atarsa bizim də adekvat tədbirlərimiz həyata keçirilə bilər. O ki, qaldı Azərbaycan səfirliyinə qarşı hansısa addımın atılması və daş atılması kimi fikirlər, İran dövlətinin necə siyasət yürütdüyünü və nə məqsəd güddüyünü də ortaya qoymuş olur. Nəzərə almaq lazımdır ki, səfirliklər, diplomatik nümayəndəliklər, diplomatik nümayəndəliyə daxil olan binalar və şəxslər həmin ərazidə toxunulmaz hesab edilir. Bu da beynəlxalq hüquqla təsbit olunur. Elə bir hal baş verərsə, bu da əslində İranın özünə qarşı ciddi bir reaksiyaya səbəb ola bilər.

Politoloq hesab edir ki, İran bu məsələni gözardı edə bilməz. Çünki İranın Azərbaycanda səfirliyi fəaliyyət göstərir.  Biz burada İran səfirliyinə daş və yaxud başqa vasitə atmırıqsa və dinc etiraz aksiyası keçiririksə, onlar da eynisini edə bilər. Bundan artığını etsələr, bu artıq beynəlxalq hüququn  kobud şəkildə pozulması deməkdir.

“Belə vəziyyətdə İran dövlətindən çatlaq səslərin çıxması, əslində İran dövlətinin mahiyyətini və niyyətini ortaya qoyur. Azərbaycan tərəfi  boş durmayacaq. Hərhansı bir diplomatik nümayəndəliyin əməkdaşına və yaxud inzibati binasına hərhansı bir xətər yetirilərsə, biz də eyni adekvat addımı ata bilərik”,- deyən Hümbətovun fikrincə, İran tərəfindən verilən tərkibi boş və mənasız açıqlamalar nəticədə onların özünə qarşı çevrilə bilər. Bu da İranın mövcud imicinin daha da izolyasiya olunmasına və beynəlxalq arenada təklənməsinə gətirib çıxaracaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »