Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Cermuk yaxınlığında avtomobil yolunu gücləndirir və tikir” - Tatoyan
“Azərbaycan Cermuk yaxınlığında avtomobil yolunu gücləndirir və tikir” - Tatoyan

“Tatev SES, Cermuk SES, Kapan tullantıları anbarı və digər strateji obyektlər Azərbaycan silahlı qüvvələrinin hədəfindədir”.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Tatoyan Fondunun təsisçisi, Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan məlumat verib. O, açıqlaması zamanı qorxuya düşdüklərini açıq şəkildə bəyan edib və illərdir adətkarı olduqları yalançılıqları davam etdirib. Belə ki, o, öz yuxularında gördüklərini reallıq olaraq təqdim etməyə çalışıb.

"Azərbaycanlıların hərəkətləri göstərir ki, onlar Ermənistan ərazisini tərk etmək fikrində deyillər. Qanunsuz tikinti və möhkəmləndirmə işləri aparılır. 10-12 metr enində yol çəkilib", - deyə keçmiş ombudsman bildirib.

O vurğulayıb ki, Cermuk yaxınlığındakı kənd sakinləri Azərbaycan Silahlı Qüvvələrinin işğalı altında olan ərazidə yerləşdiklərindən otlaq və əkin sahələrindən istifadə edə bilmirlər. Tatoyan əlavə edib ki, sentyabr eskalasiyasından sonra yaranan problemlər təkcə insan hüquqlarının müdafiəsi deyil, həm də milli təhlükəsizliklə bağlıdır, çünki hədəfdə təkcə kəndlər deyil, həm də Tatev SES, Cermuk SES, Kapan tullantı anbarı və digər strateji obyektlərdir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »