Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Xersondan danışarkən yenə güldürdü: “Rusiya Fəllucadan çəkilir”
Bayden Xersondan danışarkən yenə güldürdü: “Rusiya Fəllucadan çəkilir”

Son zamanlar qəribə hərəkətləri, kobud səhvləri və dil sürüşmələri ilə gündəmdə olan ABŞ prezidenti Co Bayden dünən yenidən çaş-baş qalıb və bu, mətbuatın diqqətindən yayınmayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusunun Ukraynada ilhaq edilən Xersondan çəkilmə qərarını şərh edən Bayden "Rusiya Fəllucədən çəkilir" deməsi salonda gülüşə səbəb olub.

Belə ki, dünən səhər keçirilən mətbuat konfransında 79 yaşlı “ABŞ-ın ən yaşlı prezidenti” Bayden deyib: “Məsələ onların Fəllucədən, yəni Xerson şəhərindən çəkilib-çəkilməməsindən və qarşı sahildən gəlib-gəlməmələrindədir."

Bundan sonra Bayden səhvini dərhal anlayıb onu düzəltməyə çalışsa da, son zamanlar oxşar səhvlərə yol verdiyi üçün tənqid hədəfinə çevrilib. ABŞ prezidentinin Xersonun adını xatırlamaqda çətinlik çəkməsi də diqqət çəkib.

Qeyd edək ki, ABŞ-ın İraqı işğalı zamanı ölkədə ən qanlı qarşıdurmaların baş verdiyi yerlərdən biri də Fəllucə olub. Rusiyanın Ukraynaya müdaxiləsini tənqid edən Baydenin ABŞ-ın İraqa müdaxiləsi ilə bağlı bir bölgə düşünməsi də yumoristik şərhlərə səbəb olub.

Onu da xatırladaq ki, dünən ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların gözlənildiyindən daha çox səs toplamasına baxmayaraq, ölkədə Baydenə dəstək sürətlə azalır.

Bundan əlavə, Bayden dünən verdiyi açıqlamada 2024-cü il prezident seçkilərində yenidən namizəd ola biləcəyinə də işarə edib.

Xatırladaq ki, yaşı irəlilədiyi üçün çox adamın yenidən prezident olmasını sevməyən Bayden son zamanlar bir çox kobud səhvlərlə gündəmə gəlib. Bundan əvvəl ABŞ-ın dünyada ən aşağı inflyasiya göstəricilərinə sahib olduğunu söyləyərək səhvə yol verən Bayden tənqidlərinə səbəb olub.

Hətta iyun ayında köməkçiləri tərəfindən Baydenə "otur, danış, ayağa qalx" təlimatları verilməsi ilə bağlı günlərlə gündəmdə idi.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »