Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ermənistana qaz və elektrik verəcək
İran Ermənistana qaz və elektrik verəcək

Ermənistanla İran arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb. Ermənistan mətbuatının məlumatına görə, İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq. Qeyd edək ki, hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir.

Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib ki, “Məscidləri dağıdan ölkəyə müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır. Bu, satqınlıqdır”.

Dövlət başçısı bildirib ki, bunun başqa adı yoxdur: “Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik".

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanla İran arasında qaz ixracı ilə bağlı müqavilənin imzalanması Nikol Paşinyanın İrana səfərində planlaşdırılmışdı. Çünki Rusiyadan Ermənistana qaz ixracında müəyyən azalmalar var. Rusiya Ermənistana bu sahədə təzyiqlər edir. İranın da Ermənistana qaz ixracını iki qat artırmaqda məqsədi, Ermənistanı öz orbitində saxlamaq, Ermənistanın əli ilə Azərbaycana təzyiq etmək həyata keçirdiyi siyasətinin tərkib hissədir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Dövlət başcısı Şuşada verdiyi bəyanatlar xüsusi ilə İranla bağlı xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, İranın Azərbaycanla sərhəddə hücum xarakterli təlimlər keçirməsi Azərbaycana qarşı bir təzyiq vasitəsidir. Prezidentin bu qətiyyətli və prinsipal mesajı artıq Tehrana çatıb və prezident bununla göstərdi ki, Azərbaycan İranın bu təhdidlərindən hər hansı bir şəkildə çəkinmir, qorxmur və lazım gələrsə cavab addımları atmaq qadirdir. Məhz prezident qeyd etdi ki, Azərbaycan ordusu müharibə dövründə olduğundan iki dəfə də artıq güclənib. Yəni İran heç də öz ordusu ilə qürrələnməsin. Azərbaycan ordusu daha da effektli və güclü döyüş qabiliyyətinə malikdir” - deyə politoloq bildirib. Onun sözlərinə görə, prezidentin Şuşada çıxışı stratejik xəttin davamıdır və İrana ciddi xəbərdarlıqdır.

“Prezident qeyd etdi ki, müsəlman abidələrini, məscidlərini dağıdan ölkə Ermənistandır. İran da Ermənistana bütün istiqamətlərdə qucaq açıb. Hətta prezident Rəisi Paşinyanı öpüb-qucaqlayır. Prezident çıxışında bildirdi ki, İran heçdə müsəlman təəsübkeşliyi çəkən ölkə deyil, İran riyakar ölkədir, İran Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. İran müsəlman abidələrini, müsəlman ibadətgahlarını məhv edən ölkənin yanındadır. İranın şiəlik adından, din adından istifadə etməsi, sadəcə onların riyakarlığıdır. Bu da İrana qarşı prezident tərəfindən bir sillədir. Şuşada vurulan bir sillədir, Tehrana. Bu da Tehranda soyuq duş effekti yaradıb” - deyən politoloq qeyd edib ki, Azərbaycan bununla Cənubi Qafqazı geosiyasi reallıqları diktə edən tərəf kimi özünü bir daha təsdiq edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »