Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rişi Sunakın açıqlaması o deməkdir ki, Qərb İranda bu prosesi dəstəkləyəcək"
"Rişi Sunakın açıqlaması o deməkdir ki, Qərb İranda bu prosesi dəstəkləyəcək"

Bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın regionda qeyri-sabitliyi pozması ilə bağlı fikirlərini bildirib. O, lazım olarsa, müdaxilə ediləcəyini istisna etməyib.

  • Böyük Britaniya İranın daxili siyasətinə müdaxilə edə bilərmi?

“Rişi Sunak böyük Britaniyanın baş naziri postuna gəldikdəkdən sonra kifayət qədər vədlər vermişdir. Sunak mövcud iqdisadi problemlərdən ölkəni çıxarmaq potensialına sahibdir. Bununla yanaşı onun xarici bağlantıları və iri yəhudi ailələriylə, varlı yəhudi ailələrlə də şəxsi münasibətləri mövcuddur. Bir sıra ölkələrdə də Sunakın şəxsi münasibətləri olan iri şirkətlər fəaliyyət göstəririk ki, bu baxımdan onun baş nazir kimi kifayət qədər uğurlu olacağını demək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Turan Rzayev bildirib ki, İran regionunda qeyri sabitlik yaradan ölkədir. İran yaxın şərqdəki “Şiə hilalı” lahiyəsi çərçivəsində bir çox ölkədə radikal qruplaşmaları maliyyələşdirən faktiki terror dövlətidir. İraqda, Suriyada, Yəməndə bu ölkəyə bağlı radikal şiə qruplaşmaları fəaliyyət göstərir. Digər tərəfdən də dünyada baş verən ərzaq və neft qiymətlərinin artımında da İranın regionda qeyri-sabitliyinin də öz payı var.

Turan Rzayev Turan Rzayev

“Nəzərə almaq lazımdır ki, həssas bir iqdisadi dönəmdən keçirik və demək olar ən kiçik münaqişələr belə dünya bazarında neft, qaz və digər məhsulların qiymətində artım və azalmaya səbəb ola bilir. Bu baxımdan demək olar ki, Rişi Sunakın yanaşması da əslində tam olaraq, bundan ibarətdir. Yəni öz ölkəsinin maraqlarını düşünür. İrana qarşı regionda formalaşdırılan siyasi proseslərə qoşulmaq istəyir. Mümkündür ki, İrandakı mövcud etiraz aksiyalarına Böyük Britaniya da dəstəyini verəcək” - deyə politoloq bildirib. Onun sözlərinə görə, ümumiyyətlə Britaniya tarix boyunca İranın daxili məsələlərinə çox müdaxilə edib. İran, Böyük Britaniyanın “arxa bağçası” hesab edilən regionlardandır. Bu baxımdan da oradakı prosesə Böyük Britaniya laqeyd qalmayacaqdır.

“Rişi Sunakın bu açıqlaması həm də o deməkdir ki, İranda etiraz aksiyalarının genişləndiyi təqdirdə Qərb bu prosesi dəstəkləyəcək və İrandakı hakimiyyət dəyişikliyinin də olmasında digər ölkələr kimi böyük Britaniya da maraqlıdır. Britaniyanın yeni baş nazirinin İranla bağlı proseslərə müdaxiləsinin olması gözləniləndir. Demək olar ki, ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda başlayan hərəkatın yatırılmasında böyük Britaniya əsas rola malik idi. Bu gün Cənubi Azərbaycanda yenidən etiraz aksiyaları qalxsa, hazırki etiraz aksiyaları inqilaba dönüşsə, Britaniya bu məsələdə ötən əsrdəki mövqeyini sərgiləməyə bilər” - deyən politoloq qeyd edib ki, yəni Böyük Britaniya Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə razılıq verə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »