Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balidə Rusiyanı Lavrov təmsil edəcək
Balidə Rusiyanı Lavrov təmsil edəcək

İndoneziya hakimiyyəti hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Balidə keçiriləcək “İyirmiliklər Qrupu”nun (G20) sammitində şəxsən iştirak etməyəcək. Bu barədə cümə axşamı İndoneziya hökumətinin sözçüsünə istinadən Reuters agentliyi məlumat yayıb.

Eyni zamanda, onun versiyasına görə, Rusiya lideri qarşıdakı sammit görüşünün sessiyalarından birində onlayn iştirak edə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bali adasına gələcəyi də iddia etmişdi.

Bu gün dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Rusiya prezidenti Vladimir Putin Balidə keçiriləcək G20 sammitinə getməyəcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək: "G20 sammitində Rusiyanı Sergey Lavrovun təmsil etməsi qərara alınıb", - deyə Kremlin sözçüsü bildirib.

G20 sammiti noyabrın 15-16-da baş tutacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »