Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Rusiya ilə taxıl sazişinin uzadılmasını müzakirə edəcək
BMT Rusiya ilə taxıl sazişinin uzadılmasını müzakirə edəcək

BMT baş katibinin müavini Martin Qriffitslə təşkilatın Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan noyabrın 11-də Cenevrədə Rusiya nümayəndələri ilə taxıl sazişinin uzadılması ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibi ofisinin nümayəndəsi Stefani Tremblay keçirdiyi brifinqdə bildirib.

Danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Sergey Verşinin təmsil edəcək.

Oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qara dəniz donanmasının mülki gəmilərinə qarşı törətdiyi terror aktına görə Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır. Ukraynadan taxıl ixracına dair müqavilələrin müddəti noyabrın 19-da başa çatır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »