Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan Şərqi Avropaya yeni qaçqın dalğası gözlənilir - Reuters
Ukraynadan Şərqi Avropaya yeni qaçqın dalğası gözlənilir - Reuters

Şərqi Avropa ölkələri Ukrayna qaçqınlarının mümkün dalğasını qarşılamağa hazırlaşır. Çünki Rusiya qış öncəsi Ukraynanın elektrik şəbəkəsinə və istilik stansiyalarına hücum edir.

Bizimyol.info “Reuters”ə istinadən xəbər verir ki, Rusiya qoşunları Ukraynanın enerji infrastrukturunu raketlər və pilotsuz təyyarələrlə vurub, ona görə də yaxın aylarda ukraynalılar Slovakiya və Macarıstan kimi Şərqi Avropa ölkələrinə axın etməyə başlaya bilər.

Təxminən 6,9 milyon insanın Ukraynada məcburi köçkün olduğu və çox çətin şəraitdə yaşadığı güman edilir.

Bu payızda Ukraynadan gələn qaçqınların sayında nəzərəçarpacaq artım müşahidə olunmayıb. Lakin xeyriyyə təşkilatları deyirlər ki, indi sərhədlər arasında hərəkətin artması əlamətləri var və hazırlıqları gücləndirirlər: “Artım hiss olunur və gözlənilir. İndi bu 15 faizdir. Bizə artıq Koşitsedə olan, hələ də Ukraynada olan ailə üzvləri və tanışları üçün yaşayış yeri axtaran insanlardan zənglər alırıq”, - deyə Slovakiyanın Koşitse şəhərində yardım koordinatoru Roman Dohoviç bildirib.

Qeyd olunur ki, son həftələrdə Koşitsedə hər gün təxminən 60 nəfər qəbul edilir, lakin lazım gələrsə, 48 saat ərzində onların sayını 1000-ə çatdırmağa hazırlaşırlar.

Macarıstan İslahat Kilsəsi xeyriyyə təşkilatının sözçüsü Zofia Dobys-Lutskie Rusiyanın Ukrayna şəhərlərini bombardmanlarını gücləndirməsindən sonra sərhəd yaxınlığındakı Zahony dəmir yolu stansiyasına gündəlik gələnlərin sayının 10 dəfə artaraq 300-500-ə çatdığını söyləyib: "Ancaq bu, hələ də yazda görülən gündəlik 1000-in gələsindən aşağı göstəricidir. Lakin Ukraynada elektrik enerjisi çatışmazlığının yaxın həftələrdə gələnləri artıracağı gözlənilir", - deyə o bildirib.

Slovakiya hökumətinin fövqəladə hallar planı Ukraynanın cənub və şərqində temperaturun aşağı düşməsi və davam edən şiddətli döyüşlər səbəbindən üç ay ərzində 700 minə qədər insanın ölkəyə gələ biləcəyini nəzərdə tutub: "Ukraynada çoxlu sayda məcburi köçkün müvəqqəti olaraq qışa uyğun olmayan şəraitdə yerləşdirilib. Münaqişənin daha da gərginləşməsi də riskdir", - planda deyilir.

Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri ən sıx qaçqın keçid məntəqəsi olan Polşanın Przemysl şəhəri indiyədək əsasən sakit olub: "Biz qışa hazırlaşmalıyıq, bunun çətin ola biləcəyini çoxdan güman etmişik və qaçqınların yeni dalğasına hazır olmalıyıq. Biz daim gigiyena məhsulları və ərzaq ehtiyatı saxlayırıq", - Przemysl şəhər şurasından Vitold Volçik bildirib.

Caritas Slovakia xeyriyyə təşkilatı, keçən qışda kifayət qədər çadır və yataq çantaları olduğunu, lakin hökumət yardımlarının azaldığını və kifayət qədər ərzaq ehtiyatının olmadığını söyləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »