Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diqqət! Ailə-uşaq, ana-bacı var
Otelçilik və yad mədəniyyətlə uzlaşmaq mədəniyyəti

Son illər Bakıya turist axının artırılması yönündə dövlət tərəfindən məqsədyönlü addımlar atılır. Bütün dünyanın turizmdən gəlir əldə etdiyi, turizmin iqtisadiyyatın əhəmiyyətli bir sahəsi halına gəldiyi bu dövrdə bu addımlar təqdirə layidri və öz bəhrəsini də verməkdədir. Azərbaycana gələn turistlərin arasında rəblərin və iranlıların çox olması statistik məlumatdır. Lakin ölkəyə turist axınınına artmasında bir məsələyə də diqqət yetirmək lazımdır. Qanunverici bazanı qoyaq bir kənara, ölkə mənəvi baxımdan turistlərin çoxsaylı axınına, müxtəlif mədəniyyətləri öz evində qəbul etməyə hazırdırmı? Bir çox hallarda yox. Doğrudur, Azərbaycanda multikulturalizm mədəniyyəti vardır, lakin bu fakt o halda keçərlidir ki, əsrlər boyu bu torpaqda birgə yaşamış müxtəlif xalqların nümayəndələri bir- birlərinin dini və milli adət ənənələrinə alışmış, qəbul etmiş və birgə yaşamağı öyrənmişlər. Başqa sözlə desək qaynayıb qarışmışlar.

Lakin bu gün ölkəmizə bir neçə günlüyə əylənmək üçün gələn  turistin küçədə bizim adətlərimizə zidd şəkildə özünü aparması, cəmiyyət nümayəndələri tərəfindən bir qədər qıcıqlanma duyğusu ilə qarşılana bilir.

Qonaqprvər xalqıq, bu bizim turizmə açıq olmamız üçün böyük üstünlükdür, lakin qonağın özünüaparma şəkli vəziyyətə başqa rənglər qata bilir.

Yanvarın 8-də Bakıda “Ariva” hoteldə ərəb turistin 3 qadınla əyləncə məclisi qurduqdan sonra ölməsi barədə xəbərlər yayıldı. Adətən Azərbaycanda hotellərə yerli millətin nümayəndələri qadın- kişi cütlükləri şəklində daxil olarkən şəxsiyyət vəsiqəsi tələb olunur. ərəb turistin 3 qadının müşayəti ilə gecə keçirməsi məsələsi nə dərəcədə qanuna uyğundur. Ümumiyyətlə hoteldəki insanların evli olmaları barəsində sənədin tələbi sadəcə mənəvi qanunlarlamı ölçülür? Başqa ölkəyə məhz əyləncə məqsədi ilə üz tutan turist bu kimi faktdan sonra təbii ki, səfər planından əl çəkəcək.

Turizm Assosiasiyası  sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, Azərbaycanda fəaliyyət göstərən xarici turizm şəbəkə sisteminə daxil olan mehmanxanalarda dünya standartına uyğun olaraq, cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunmur: “Lakin mehmanxanada gecələmək üçün şəxslər mütləq halda anket doldurulmalı və onlar haqda məlumatlar həmin anketdə öz əksini tapmalıdır. Bir daha bildirirəm ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların vətəndaşlardan nikah haqda şəhadətnamə tələb etməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Qanunvericilikdə belə bir müddəa yoxdursa, bunu tələbə etməyə heç bir lüzum da yoxdur. Mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamənin tələb olunması müəyyən mənada turizmin inkişafına maneə yaradan amillərdən birinə çevrilə bilər”.

Otellərdə bu cür münasibət göstərilməsi xüsusən regionlarda yayılmış faktdır.

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev mətbuata açıqlamasında bildirib “Bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil. Otelçilik fəaliyyəti ilə məşğul olanlar birmənalı şəkildə bilməlidirlər ki, otelə gələn insanlardan nikah haqqında şəhadətnamə tələb edilmir, anket kağızının doldurulması kifayətdir”

Amma məsələyə başqa bir məqamdan da toxunmaq lazımdır. Oteldə yaşayan şəxsin yanına qonaqlar da gəlmiş ola bilər. Bunlar onun qohumları, işgüzar münasibət qurduğu insanlar ola bilər. Hər kəsə əyləncəlik insan gözü ilə baxmaq həqarət deyilmi? Belə çıxır ki, otelə ayaq basan hər kəs adından sanından, ona başqa gözlə baxılmasından utanmalıdır? Bu gedişat ancaq ona aparır.

Bəlkə elə buna görə də “Ariva” hotel məsləyə təkzib formasında açıqlama verib?

“Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Hoteldən bildirilib ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb. Ekspertiza nəticəsində ərəb turistin ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib. Həmçinin, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı isə təkzib edib: “Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.

Elə bu açıqlama da  cəmiyyətin kəskin reaksiyasına qarşı hesablanmış bir açıqlamadır. Amma  hansı tərəfdən yanaşsan bu məsələdə açıq qalan tərəflər var. Yəqin ki, otellər , otelçilik mədəniyyətinin inkişafına  yox,  beyin inqilabına ehtiyac var.

Xarici dövlətlərin təcrübəsinə nəzər salsaq "qırmızı fənərli evlər" elə öz adları altında fəaliyyət göstərir, onlara xüsusi dövlət nəzarəti də tətbiq olunur. Keçici xəstəliklərə qarşı tez- tez monitorinq olunur, lazımi tədbirlər alınır. Buna görə də otelin adı otel olaraq qalır "priton"ların adı priton.

Vahid

Son xəbərlər
Bütün xəbərlər »