Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Ukrayna ilə müharibə Kremlin strateji uğursuzluğu oldu
Pentaqon: Ukrayna ilə müharibə Kremlin strateji uğursuzluğu oldu

"Rusiya əsas döyüş tanklarının yarısını itirdi və dəqiq idarə olunan silahlarının əksəriyyətini Ukraynaya qarşı müharibədə istifadə etdi. Bunlar Kreml üçün böyük strateji uğursuzluq oldu".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl deyib.

"Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibədən daxil olduğu vəziyyətdən daha zəif halda çıxacaq", - Kahl jurnalistlərə deyib.

O vurğulayıb ki, Rusiya fevralda tammiqyaslı işğalın başlanmasından bəri on minlərlə insan və texnika itkisi verib ki, bu da Sovet İttifaqının Əfqanıstanda itirdiyindən dəfələrlə çoxdur: “Onlar yəqin ki, bütün Rusiya ordusunda əsas döyüş tanklarının yarısını itiriblər. Rusiya quru qoşunlarının 80%-dən çoxu Ukraynaya göndərilib.

Onlar dəqiq idarə olunan sursatlarının çoxunu Ukraynaya daşıyıblar və orada əksəriyyətini məhv ediblər”, - Kahl deyib.

O qeyd edib ki, tətbiq edilən sanksiyalar və ixrac nəzarəti Rusiyanın öz ordusunu müharibədən əvvəlki səviyyəyə qaytarmasını çox çətinləşdirəcək: “Putin bu müharibəyə Ukraynanı müstəqil, suveren demokratik ölkə kimi məhv etmək cəhdi ilə girdi. Onun planları uğursuzlüğa düçar oldu və bu dəyişməyəcək həqiqətdir. Suveren, müstəqil, demokratik Ukrayna vətəndaşların əzmi və dostların köməyi ilə bu vəziyyətdən xilas olacaq”, - Pentaqonun rəhbərinin müavini vurğulayıb.

Kahl həmçinin qeyd edib ki, Ukraynanın irəliləməsinə ikitərəfli əhəmiyyətli dəstək var, lakin bu dəstəyin necə göründüyü və Ukrayna ordusunun ehtiyacları gələcəkdə dəyişə bilər.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayıb. O vaxtdan bəri Rusiya ordusu mövcud olan demək olar ki, bütün silah növlərini Ukraynaya qarşı istifadə etsə də, böyük itkilər verərək öz məqsədlərinə çatmaqda çətin vəziyyətə düşüb.

Ukrayna hərbçiləri Rusiyanın səkkiz aydan artıq davam edən müharibədə 78 minə yaxın rus işğalçısının məhv edildiyini bildirirlər. Bundan əlavə, düşmənin 2801 tankı, 5666 zirehli döyüş maşını, 1802 artilleriya sistemi və bir dəstə digər hərbi texnika, o cümlədən 278 təyyarə məhv edilib.

Bu arada Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri qeyd edirlər ki, Rusiya oktyabrın ortalarında gündə 40-dan çox zirehli texnika itirir. Həmçinin oktyabrın son həftəsi ərzində Ukrayna hərbçiləri Rusiyanın 4 təyyarə və 9 helikopterini vurduqlarını bildirirlər. MTİ əlavə edib ki, döyüş əməliyyatları zamanı xeyli şəxsi heyət itkisi ilə paralel olaraq, Rusiya ordusu ağır hərbi texnikanın təchizatında aşkar problemlərlə üzləşməkdə davam edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »