Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada “Alyoşa” abidəsi sökülüb
Latviyada “Alyoşa” abidəsi sökülüb

Ölkənin şərqindəki Rezekne şəhərində sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Alyoşa" kimi tanınan abidə sökülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Delfi portalı məlumat yayıb.

"Çərşənbə günü səhər saat 5-də sovet əsgərlərinin abidəsinin sökülməsi ilə bağlı işlərə başlanılıb. İndi memorial artıq sökülüb", - nəşr yazır.

lsm.lv portalı bildirir ki, saat 08:30 radələrində sovet əsgərinin heykəli postamentdən götürülüb. Memorialın ətrafı hasarla əhatə olunub, yaxınlıqda polislər növbə çəkiblər. Baş verənləri şəhərin sakinləri izləyiblər.

Çərşənbə günü Rusiyanın Latviyadakı səfirliyi Baltikyanı respublikanın hakimiyyət orqanlarının hərəkətlərini pisləyib. Rusiya diplomatları qeyd ediblər ki, sovet əsgərlərinin şücaətinin xatirəsinin əbədiləşdirildiyi memorial yerlər Latviyanın “millətçi elitası” olan müasir "barbarlar" tərəfindən silinib.

Qeyd edək ki, abidə 1976-cı ildə latviyalı heykəltəraşlar Otto Kaleis və Ojars Silins, həmçinin memar Elmar Salquss tərəfindən ucaldılıb.

İyunun 16-da Latviyada qanun qəbul edilib. Qəbul edilmiş qanuna görə, noyabrın 15-dək sovet dövrünün bütün abidələri sökülməlidir. İyulun 14-də respublikanın Nazirlər Kabineti 69 belə memorialın, o cümlədən Riqadakı Qələbə parkındakı abidənin, Liepaja, Rezekne və Dauqavpilsdə Qırmızı Ordunun əsgərlərinə həsr olunmuş kompozisiyaların sökülməsinə icazə verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Latviya, Litva və Estoniyada sovet hərbi memorial irsinin məhv edilməsi ilə bağlı dövlət səviyyəsində bir sıra qərarlar qəbul edilib. Onun sözlərinə görə, bu cür anti-Rusiya hərəkətləri neonasizmin təzahürüdür: "Belə qərarlar xalqlar arasında münasibətlərə zərər verməkdən başqa bir şey deyil", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »