Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublikaçıların seçkilədə qalib gələcəyi proqnozlaşdırılır
Respublikaçıların seçkilədə qalib gələcəyi proqnozlaşdırılır

ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilərdə respublikaçıların 435 çoxluğu, yəni 219 yer əldə edəbiləcəyi, Demokratların isə Nümayəndələr Palatasına nəzarət etmək üçün 216 yerə arxalana biləcəkləri proqnozlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu proqnozu çərşənbə günü "NBC" kanalı verib.

Eyni zamanda, NBC bunun ilkin proqnoz olduğunu qeyd edir və 13 mandatla bağlı seçki yarışının nəticəsinin tam aydın olmadığını vurğulayır. Digər KİV-lər Nümayəndələr Palatasına son nəzarəti hələ ki, partiyalardan hər hansı birinə verməyiblər, baxmayaraq ki, onlar etiraf edirlər ki, çox güman ki, səs çoxluğu respublikaçıların tərəfində olacaq.

"The New York Times"ın məlumatına görə, hazırda Nümayəndələr Palatasında Respublikaçılar 173, Demokratlar isə 121 yerə arxalana bilərlər. "The Wall Street Journal"ın məlumatına görə, isə Respublikaçılar 173 yer, Demokratlar 122 yer qazanacaq. "CNN"in yaydığı məlumatda bildirilir ki, respublikaçılar 185 yer, demokratlar isə 155 yer əldə edəcəklər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »