Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna ərazilərini azad etmədən müharibəni dayandırsa, fəlakət olar" - NATO
"Ukrayna ərazilərini azad etmədən müharibəni dayandırsa, fəlakət olar" - NATO

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, əgər Ukrayna Rusiyanın şərtlərini qəbul edərək, ərazilərini azad etmədən müharibəni dayandırmağa razı olsa, bu fəlakət olar.

Belə olan halda Rusiya Federasiyası yeni hücumlar barədə düşünə bilər.

Bizimyo.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə  baş katib “COP27” İqlim Konfransında danışıb.

"Ukrayna Rusiyanın tələblərini qəbul edərsə düşmənin təkrar-təkrar hücuma keçmə riskini artıracaq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə,  Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi 2022-ci ildə deyil, 2014-cü ildə Krımın və şərq rayonlarının işğalından sonra başlayıb.

"Rusiya kobud hərbi güc tətbiq etməklə istədiyinə nail ola bilsə, bu, şübhəsiz ki, Ukrayna üçün fəlakət olacaq. Bu hamımız üçün təhlükəli ola bilər. Çünki bu, siyasi məqsədlərə nail olmaq və qonşu ölkələr üzərində nəzarəti əldə etmək  üçün kobud gücdən istifadə etmək deməkdir”, - Stoltenberq qeyd edib.

Baş katib Ukraynaya müdaxilədən əvvəl Rusiya Federasiyasının  NATO və müttəfiqlərinə qarşı təhdidlər səsləndirdiyini də xatırladıb. Belə ki, müahribədən öncə, Kreml Alyansın genişlənməsini və yeni üzvlərin qəbulunu dayandırmağı tələb edib.

"NATO və NATO müttəfiqləri bu münaqişənin bir hissəsi deyil. Lakin biz Ukraynanın özünümüdafiə üçün qanuni hüququnu dəstəkləyirik. Hər kəs müharibənin mümkün qədər tez bitməsini istəyir. Ancaq Ukrayna döyüşü dayandırarsa, o, müstəqil ölkə kimi  öz mövcudluğunu dayandıracaq. Rusiya dayansa, sülh gələcək”, - deyə Stoltenberq vurğulayıb.

O, əlavə edib ki,  Putin qonşusu Ukraynanın suverenliyinə hörmət etdiyi zaman müharibəni bitəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »