Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya İrana 140 milyon avro nağd pul ödəyib"
"Rusiya İrana 140 milyon avro nağd pul ödəyib"

Rusiya Ukraynada xüsusi əməliyyatda istifadə etmək üçün onlarla pilotsuz uçan aparatın qarşılığında İrana 140 milyon avro nağd pul ödəyib.

Bizimyol.info xarici mətbuata mətbuatına istinadla xəbər verir ki, bu barədə “Sky News” yazır.

Nəşrin məlumatına görə, Rusiya hərbi təyyarəsi pul və üç model sursat daşıyıb.

Burada NLAW və Javelin tank əleyhinə raketləri, həmçinin “Stinger” zenit raketi olub.

Bu raketlər Qərbin Ukraynaya hərbi yardımının bir hissəsi olub. Avqustun 20-də uçuş həyata keçirilib, bort Tehran hava limanına enib.

İran da öz növbəsində Rusiyaya 160-dan çox pilotsuz uçuş aparatı (PUA), o cümlədən Ukrayna ərazisi üzərində artıq vurulmuş 100 Şahed-136 pilotsuz uçan aparat tədarük edib.

Bundan əlavə, Sky News-un məlumatına görə, son bir neçə gündə Tehran və Moskva arasında 200 milyon avro dəyərində yeni pilotsuz təyyarələr partiyası üçün daha bir müqavilə razılaşdırılıb.

Mənbə sursatların İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) verilə biləcəyini irəli sürüb. Onlar Qərb texnologiyalarını öyrənəcək və gələcəkdə silahlı münaqişələrdə potensial istifadə üçün öz analoqlarını hazırlayacaqlar.

Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian etiraf edib ki, İran həqiqətən də Rusiyaya pilotsuz təyyarələrin bir partiyasını təhvil verib.

Lakin bunu Ukraynada xüsusi əməliyyat başlamadan əvvəl edib.

Eyni zamanda  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İranın pilotsuz təyyarələrinin Moskvaya tədarükü ilə bağlı xəbəri yalan, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə bu cür məlumatı saxta məlumat adlandırıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »