Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Ukrayna ilə xoşməramlı danışıqlara hazır deyil"
"Rusiya Ukrayna ilə xoşməramlı danışıqlara hazır deyil"

ABŞ Rusiyanın Ukrayna ilə danışıqlara hazırlığını qiymətləndirib. Belə ki, ABŞ Rusiyanın Ukrayna ilə xoşməramlı danışıqlara hazır olduğuna dair heç bir əlamət görmür.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.

Onun sözlərinə görə, Rusiya  Ukrayna ilə xoşməramlı dialoq və diplomatiyaya getməyə hazır olduğunu bir neçə yolla nümayiş etdirə bilər.

"Onlardan biri mülki hədəflərin bombalanmasını, infrastrukturun məhvini, Ukrayna xalqının istilik, su, elektrik təchizatı sistemlərinə hücumları dayandırmaq olardı.  Digər variant isə yaşayış sahələrini, mülki binaları, uşaq meydançalarını, məktəbləri, xəstəxanaları və ya ən pis halda bu yerləri qəsdən atəşə tutmağı dayandırmaqdır”-deyə Prays bildirib.

Eyni zamanda Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Rusiya taxıl sazişindən müvəqqəti çıxmaq kimi mənasız addımları bir kənara atıb , dialoq və diplomatiyaya sadiqliyini nümayiş etdirə bilər.

"Biz bu halda ukraynalılara Rusiyanın danışıqlara xoş niyyətlə hazır olduğunu deyə bilmirik. Son aylarda Ukraynada baş verənlərə müşahidəçi kimi baxırıq. Biz Rusiyanın ciddi şəkildə danışıqlara hazır olduğunu görmürük”, - Prays bildirib.

Praysın fikrincə, son vaxtlar Rusiya Ukrayna ilə danışıqlar barəsində dnaışmağa başlayıb.

Bu, rusların Ukraynaya qarşı müharibədəki uğursuzluqları fonunda baş verir.

Buna baxmayaraq, hər zaman olduğu kimi, rusların guya dialoqa açıq olması ilə bağlı bəyanatları nəyisə razılaşdırmaqdan çox ultimatum və şantaj kimi görünür.

Vladimir Zelenski isə,  Ukraynanın Rusiya ilə danışıqlar üçün şərtlərini sadalayıb .

Onun sözlərinə görə, Ukrayna Rusiya 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində əraziləri qaytardıqdan sonra hansı formatda və kimlə danışmağa hazır olduğunu deyəcək.

Eyni zamanda rəsmi Kiyevin irəli sürdüyü danışıqlar üçün əsas şərtlər arasında itkilərin ödənilməsi və Ukraynada törədilmiş hərbi cinayətlərdə iştirak edənlərin hamısının cəzalandırılması da var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »