Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Krım körpüsünün tam bərpası deyilən vaxtda başa çatmayacaq - Britaniya kəşfiyyatı
Krım körpüsünün tam bərpası deyilən vaxtda başa çatmayacaq - Britaniya kəşfiyyatı

Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq. Onun 2023-cü ilin sentyabrına qədər tam fəaliyyət göstərməsi ehtimalı azdır.

Bizimyol.info xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, ruslar noyabrın 8-dək körpünün 64 metrlik aşırımının dəyişdirilməsinə başlamağı planlaşdırırdılar. Eyni zamanda qeyd edilir ki, zədələnmiş hissələrin dəyişdirilməsi üçün daha üç aralıq lazımdır.

Krımdakı işğalçılar körpünün bu hissəsinin dekabrın 20-dək bərpa olunacağını bəyan ediblər. Daha sonra Rusiya Federasiyası etiraf etdi ki, başqa yol hissəsində iş 2023-cü ilin mart ayına qədər nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olacaq. Bununla əlaqədar olaraq Britaniya kəşfiyyatı rəsmiləri körpünün 2023-cü ilin sentyabrına qədər tam istifadəyə verilməsini çətin hesab edirlər, çünki təmir qış hava şəraitindən asılı olacaq.

“Krım körpüsünə hücum Rusiyanın Krıma və Ukraynanın cənubuna logistikasının pozulması ilə nəticələndi, bu da Rusiyanın hərbi texnika və qoşunlarını dəmir yolu və ya avtomobil yolu ilə bölgəyə daşımaq imkanını azaltdı”, - deyə "Twitter"də yazıb.

Oktyabrın 8-də Krım körpüsünün dəmir yolu xəttində güclü yanğın baş verib. Yanğın yeddi yanacaq çənini əhatə edib. Bundan əlavə, iki avtomobilin arakəsmələri qismən dağılıb.

Rusiyada yük maşınının partlaması nəticəsində körpünün zədələndiyini bildiriblər, Rusiya prezidenti Vladimir Putin hadisəni “terror hücumu” adlandırıb və Ukraynanı günahlandırıb.

Qeyd edək ki, oktyabrın 8-də Krım körpüsündə baş verən hadisədən sonra Rusiyanın Ukrayna ərazilərinə, xüxusilə də enerji strukturana raket zərbələri intensivləşib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »