Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistan Parlamentinin vitse-spikeri: “Azərbaycanın Qarabağ zəfəri bütün Türk dünyasının qələbəsidir”
Özbəkistan Parlamentinin vitse-spikeri: “Azərbaycanın Qarabağ zəfəri bütün Türk dünyasının qələbəsidir”

TAİB nüməyəndələri Özbəkistanın Ali Məclisində qonaq olublar

Özbəkistan parlamentinin – Ali Məclisin vitse-spikeri Əlişir Qədirov bu ölkədə səfərdə olan Türk Ağsaqqalları – TAİB-in nümayəndə heyətini qəbul edib.

Ali Məclisdə geçirilən görüşdə Əlişir Qədirov Azərbaycanın Zəfər Günündə qardaş ölkənin təmsilçilərini Daşkənddə salamlamaqdan məmnun olduğunu bildirib. Vitse-spiker qeyd edib ki, Azərbaycanın Qarabağ zəfəri bütün Türk dünyasının zəfəridir. “Bu gün hər birimizin üzü parlaqdır. Bu gün azərbaycanlı qardaşlarımız kimi, biz də sevinc içindəyik. Bizim üçün böyük şərəfdir ki, 8 Noyabr Zəfər Günü parlemendə Azərbaycandan gəlmiş dostlarımızla görüşürük” – deyə, Əlişir Qədirov vurğulayıb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev səmimi qarşılanmaya və əsl dost münasibətinə görə Əlişir Qədirova təşəkkürünü bildirib.

Özbəkistan Parlamentinin vitse-spikeri: “Azərbaycanın Qarabağ zəfəri bütün Türk dünyasının qələbəsidir”

Sudeyif İmamverdiyev rəhbərlik etdiyi təşkilatın fəlaiyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək, Türk birliyinin möhkəmləndirilməsinə vətəndaş cəmiyyəti institutlarının da töhfə verə biləcəyini qeyd edərək, TAİB-in də bu prosesdə fəal iştirak etməyə çalışdığını bildirib: “Məqsədimiz odur ki, türk dünyasının fikir və söz adamlarının, ictimai rəyə, gənclik düşüncəsinə təsir etmək imkanı olan ağsaqqalların potensialından və QHT-lərin imkanlarından istifadə edərək tarixi zərurət kimi qarşımızda olan prosesin daha da sürətlənməsinə nail olaq. Türk dövlətlərinin liderləri öz səviyyələrində bütün gərəkli addımları atırlar. Vətəndaş cəmiyyəti təmsilçiləri gedişatı kənardan izləyə bilməzlər. Bizim də üzərimizə möyük məsuliyyət düşür. Çalışmalıyıq ki, ictimai platformada da xüsusi bir fəallıq müşahidə olunsun” – deyə, TAİB sədri vurğulayıb.

TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına diqqət yönəldərək hazırda regionda gedən mürəkkəb proseslərdən bəhs edib. Hulusi Kılıç qeyd edib ki, bu gün Türk birliyinə tarixi ehtiyac yaranıb: “Bizim hər birimiz çalışımalıyıq ki, Türk Dövlətləri Təşkilatının təsir imklanları getdikcə daha da genişlənsin. Proseslər, yeni dünyanın tələblərinə uyğun hərəkət etməliyik. Təkcə siyasətçilər deyil, Türk ölkələrinin hər bir vətən daşı Türk birliyinin möhkəmlənməsinə öz töhfəsini verməlidir. Mən şəxsən ömrüm sona qədər bu yola xidmət edəcəyəm. İnanıram ki, Türk Ağsaqqalları Birliyinin yaratdığı fəaliyyət platformasının imkanlarından istifadə etməklə vətəndaş cəmiyyəti institutlarının prosesdə fəal iştirakını təmin edə biləcəyik” – deyə, Hulusi Kılıç fikirlərini yekunlaşdırıb .

Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvü, Milli Məclisin deputatı, TAİB İdarə Heyətinin üzvü Ramil Həsən də öz növbəsində isti qarşılanmaya görə Əlişir Qədirova təşəkkürünü bildirib və qeyd edib ki, 8 Noyabr Zəfər Günündə Azərbaycanda olmasa da, Özbəkistanda qarşılaşdığı münasibət bunu hiss etməyə imkan vermir: “Doğrudan da Azərbaycanın tarixi ədaləti bərpa edərək öz torpaqlarını işğaldan azad etməsi bütövlükdə Türk dünyası adınadır. Çünki azad olunmuş şəhər və kəndlər Türk dünyasının bir parçasıdır. Bu qələbəyə görə sizlərin də sevinc içində olması göstərir ki, 8 Noyabr hamımızın bayramıdır”. – deyə, Ramil Həsən bildirib.

Millət vəkili iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, Parlamentlərarası əməkdaşlığın da ürəkaçan səviyyədə olmasına diqqət yönəldib. “Sözsüz ki, əlaqələr bütün istiqamətlərə inkişaf etdirilməlidir. Xüsusən də QHT-lər arasında inteqrasiya xüsusi əhəmiyyət kəsb edir” deyən Ramil Həsən Azərbaycan və Özbəkistan liderləri arasındakı dostluq münasibətlərindən və hər iki dövlət başçısının Türk Dövlətləri Təşkilatının mövqelərinin möhkəmlənməsində maraqlı olmasından da geniş şəkildə bəhs edib.

Millət vəkili Müşfiq Cəfərov isə çıxışında Özbəkistanın Qarabağdakı quruculuq işlərində iştirak etmək niyyətindən və bu məqsədlə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açaraq Azərbaycanla Özbəkistan arasında münasibətlərin digər ölkələr üçün də nümunə yaradacaq səviyyəyə yüksəldiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bütün Türk dövlətləri arasında münasibətlər Türkiyə-Azərbaycan qardaşlığı kimi olmalı və sarsılmaz birlik şəklini almalıdır.

TAİB-in nümayndə heyətinin digər üzvləri də Özbəkistan Parlamentinin vitse-spikerinə göstərdiyi səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.

Sonda Əlişir Qədirov Özbəkistan Prezidenti Şövkət Mirzəyevin Türk dünyasının inkişafı xüsusunda ciddi səylər göstərdiyini qeyd edərək Türk dünyasının inkişafına xidmət edən bütün təşəbbüs və layihələrə dəstək verməyə hazır olduqlarını da TAİB nümayəndələrinin diqqətinə çatdırıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »