Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı Rəşad Əmirov qonşusunu qətlə yetirib.törətdiyi qətl barədə məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Verilən məlumata görə, İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. Bizldirilir ki, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib. Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.
Qətlə yetirilən İsgəndər Mehtiyev meyxanaçı Ələkbər Yasamallının qohumudur.