Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb - Son vəziyyət
ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb - Son vəziyyət

Amerika xalqı Senat və Nümayəndələr Palatasına aralıq seçkiləri üçün sandıq başına gediblər. İndiyədək Senatda demokratlar 46, respublikaçılar isə 47 yer tutub.

Nümayəndələr Palatasında respublikaçılar 192, demokratlar isə 167 yer qazanıblar. Səslərin hesablanması davam edir.

Bizimyol.info xəbər verir ki, Associated Press (AP) tərəfindən açıqlanan qeyri-rəsmi nəticələrə görə, İndiana, Arkanzas, Kanzas, Şimali Dakota və Cənubi Dakota ştatlarında keçirilən seçkilərdə respublikaçılar qalib gəlib. Nyu Yorkda Senat çoxluğunun lideri Çak Şumer öz kreslosunu qoruyub.

Daha əvvəl açıqlanan nəticələrə görə, Respublikaçı namizədlər Florida, Alabama, Cənubi Karolina və Kentukki ştatlarında qalib gəliblər. Bundan başqa, Respublikaçılar Oklahoma ştatında 2 yerə sahib olublar. Digər tərəfdən, Konnektikut, İllinoys, Vermont və Merilend ştatlarında keçirilən seçkilərdə demokratlar qalib gəlib.

Beləliklə, indiyədək açıqlanan nəticələrdə respublikaçılar 11, demokratlar isə 5 yer qazanıblar. Elan edilmiş nəticələrdə 40 yer respublikaçılara, 41 yer isə demokratlara məxsusdur.

Ölkədə xalq 435 yerlik Nümayəndələr Palatasının tamamı və 100 yerlik Senatda 35 yer üçün səsverməyə gedib. Senatdakı 6 illik səlahiyyətlərini başa vurmayan 29 Respublikaçı və 36 Demokrat seçkilərə qatılmayıb.

Xüsusilə, Pensilvaniya və Corciyadakı nəticələr Senatda kimin çoxluğa sahib olacağını müəyyən edəcək. Hazırkı qaydada Senatda 50 respublikaçı və 50 demokrat senator var. 51 senatora çatan partiya da Konqresin bu palatasında çoxluğa sahib olacaq.

ABŞ-da səslərin hesablanması davam edən Konqres aralıq seçkilərində Demokratlar Nümayəndələr Palatasında 47, Respublikaçılar isə 82 yer qazanıblar.

35 yer, Senatın üçdə biri və Nümayəndələr Palatasındakı bütün 435 yer üçün aralıq seçkilərində səslərin hesablanması davam edir.

Associated Press (AP) tərəfindən açıqlanan qeyri-rəsmi nəticələrə görə, Nümayəndələr Palatasının yarışında Respublikaçılar 82 yer, Demokratlar isə 47 yer qazanıb.

Qərb əyalətlərində hələ nəticələr başlamasa da, indiyə qədərki nəticələrə görə, Nümayəndələr Palatasının yarışında Demokratların Respublikaçılara 2 yer itirdiyi görünür.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »