Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "İsveçi NATO-da görmək istəyirik"
Ərdoğan: "İsveçi NATO-da görmək istəyirik"

İsveçin baş naziri Ulf Kristersson Türkiyəyə səfər edib. Ankaraya gələn İsveç baş naziri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Kristersson Beştəpəyə səfərindən əvvəl Anıtkabirdə olub və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Prezident Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson Beştəpədə birgə mətbuat konfransı keçirib.

Prezident Ərdoğanın: "Biz NATO-nun açıq qapı siyasətini dəstəkləyirik. Biz həmçinin NATO-ya üzvlük danışıqlarını təsdiqləmişik və İsveçin təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz təhlükəsizliklə bağlı narahatlıqlarımızı həll edən bir İsveç görmək istəyirik", - deyə bildirib.

Türkiyə prezidenti deyib ki, biz memorandumun müddəalarının həyata keçiriləcəyi ilə bağlı gözləntilərimizi açıq şəkildə bölüşdük: "Üçtərəfli memorandumun tam şəkildə həyata keçirilməsindən sonra İsveçin NATO-ya üzvlüyünün reallaşması və əlaqələrimizə müttəfiqlik ölçüsünün əlavə olunması səmimi arzumuzdur.

İş adamlarımızın yolunu açmaq üçün edilməsi lazım olanları cənab Baş nazirlə bölüşdük. Ümid edirəm ki, cənab Baş nazir bizim ümumi maraqlarımızda yeni səhifə açacaq",- deyə o qeyd edib.

"PKK/PYD/YPG, FETÖ və DHKP-C terror təşkilatlarının İsveçin demokratik mühitini istismar etməsinin qarşısı alınmalıdır. FETÖ terrorçularının ekstradisiyası vacibdir",- deyə bildirib.

Kristersson: "Türkiyə ilə İsveç arasındakı əlaqələrimiz əsrlərə gedib çıxır. Türkiyə ilə əlaqələrimizdə hələ istifadə olunmamış böyük potensial var. Ticarət və turizm baxımından çox şey edə bilərik. Türkiyənin PKK terror təşkilatına qarşı müharibəsi var və minlərlə türk bu müharibənin qurbanı olub. Deyirəm ki, bunu başa düşürük və biz əslində İsveçin terrorla mübarizədə Türkiyəyə kömək etməsini istəyirik. İsveç PKK-nı terror təşkilatı, Aİ terror təşkilatı, ABŞ da terror təşkilatı kimi tanıyır.

İsveç Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək. Yəni NATO-ya üzv olana qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, gələcəkdə də müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və biz üçtərəfli memorandumu tam şəkildə həyata keçirəcəyik",- deyə bildirib.

O deyib ki, biz memorandumun mühüm hissəsini başa çatdırmışıq. Biz hələ də onlardan bəzilərinin hazırlanması prosesindəyik: "Biz bu ilin sonu və gələn ilin əvvəlinə doğru böyük addımlar atacağıq, xüsusən də antiterror qanunvericiliyi sahəsində. Bu o deməkdir ki, terror fəaliyyətləri istər İsveçi, istərsə də Türkiyəni hədəf aldığı zaman, biz onları eyni dərəcədə ciddiyə alacağıq və onlarla mübarizə aparacağıq",- deyə baş nazir bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »