"Ukrayna hərbçiləri gün ərzində cənubda mərmi və raket zərbələri ilə 55 rus işğalçısını və Rusiya ordusunun silah-sursat anbarlarını məhv ediblər".
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) “Cənub” Əməliyyat Komandanlığının Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilir ki, rus ordusu aviasiya ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə dörd dəfə hücum edib. Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemlərinə, işğalçıların qüvvə və texnikasının cəmləşdiyi ərazilərə 11 zərbə endirib. Ümumilikdə Ukraynanın raket və artilleriya bölmələri 290 atəş missiyasını yerinə yetirib. Müəyyən edilib ki, Rusiya ordusu 55 nəfər, 4 tank, "Tor-M2" zenit-raket kompleksi, “Akatsiya” özüyeriyən haubitsa, iki minaatan və 9 maşın itirib.
Bundan əlavə, Snigirevka və Kostromka yaxınlığında düşmənin 2 sursat anbarı məhv edilib. Məlimat əsasında qeydə alınanlar bunlardır, qalan itkilər araşdırılır.
Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib ki, Ukrayna ordusu Xerson vilayətində müdafiə və güclənməyə davam edir.
Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Xersonun nə vaxt işğaldan azad ediləcəyi ilə bağlı məlumatlar məxfidir. Onun sözlərinə görə, şəhərdə 70 minə yaxın dinc sakin qalıb.
Bundan əvvəl hərbi ekspert Oleq Jdanov bildirmişdi ki, Ukrayna aviasiyasının uğurlu zərbələri səbəbindən işğalçılar Yujnobuqski istiqamətində hücuma keçə bilmirlər: "Gözləmədikləri əks-hücun onları çaşdırıb", - deyə bildirib.
“The New York Times”ın yazdığı kimi, tərəfdaşların köməyi sayəsində Ukrayna ordusu cənub istiqamətində artilleriya üstünlüyü əldə edib.
Qadir, Bizimyol.info