Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Krımı azad edəcəyinə özü qərar verəcək" - ABŞ
"Ukrayna Krımı azad edəcəyinə özü qərar verəcək" - ABŞ

ABŞ administrasiyası hesab edir ki, Ukrayna Krımı işğaldan azad edib-etməyəcəyinə özü qərar verməlidir. Vaşinqton Kiyevin bu cür potensial məqsədlərinə dəstək verməyə hazır olub-olmadığına aydınlıq gətirməkdən imtina edir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul çərşənbə axşamı Vaşinqtonda yerləşən hərbi ekspert qrupu ilə onlayn görüşdə deyib.

“Ukraynalılar hərbi məqsədlərinin 23 fevral və ya 2014-cü il tarixindən etibarən sadəcə olaraq sərhədlərə qayıtmaq olub-olmamasına qərar verəcəklər. Bu, nəhayət, onların qərarı olacaq",- deyə o qeyd edib. O, Ukraynanın Krımı azad etməyə yönəlmiş bu cür mümkün səylərinə ABŞ-ın hərbi və maliyyə dəstəyi verib-verməyəcəyi sualını şərh edib. Pentaqonun rəis müavini Ukraynada müharibə başlamazdan və Krımın Rusiyaya birləşdirilməsindən əvvəlki vəziyyəti nəzərdə tutur.

ABŞ hərbi departamentinin rəis müavininin sözlərinə görə, Krımın yekun statusu Ukrayna və Rusiya arasında müzakirə oluna bilər. "Eyni zamanda, Amerika hakimiyyəti Kiyevin silah ehtiyatlarını dəstəkləməkdə davam etmək niyyətindədir", - deyə Müdafiə Nazirliyinin rəis müavini əlavə edib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qoşun yeritmək barədə qərar verib. O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Lakim rus qoşunları Kiyev ətrafına qədər Ukrayna ərazilərini işğal edib. Əks-hücum nəticəsində geri çəkilməyə məcbur olan Kreml Ukraynanın bəzi ərazilərində qondarma "referendum" keçirərək həmin əraziləri Rusiya ərazisi elan edib.

Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »