Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibi: "Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik"
NATO baş katibi: "Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik"

"Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şarm əl-Şeyxdə keçirilən iqlim konfransında bildirib.

Onun sözlərinə görə, belə bir ssenari Ukrayna üçün fəlakət olmaqla yanaşı, NATO üçün də təhlükə olacaq, çünki gücdən istifadənin qonşu ölkələr üzərində nəzarəti ələ keçirmək kimi siyasi məqsədlərə nail olmağa imkan verdiyini göstərəcək.

Stoltenberq əlavə edib ki, Rusiya təkcə Ukraynaya deyil, həm də NATO-ya qarşı ambisiya nümayiş etdirir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »