Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağırlıq məşqlərində sağlam qidalanmağın vacibliyi: nə zaman qidalanmalıyıq...
Ağırlıq məşqlərində sağlam qidalanmağın vacibliyi: nə zaman qidalanmalıyıq...

Məşqdən əvvəl yemək daha yaxşıdır, yoxsa məşqdən sonra? Bir çoxlarının tez-tez rastlaşdığı və cavabını dəqiqləşdirmək istədiyi bu sual ətrafında aparılan araşdırmaları oxucularımıza təqdim edirik.

Fit bədənin yarısı idmandırsa, yarısı düzgün pəhrizdir. İdmançıların ən çox maraqlandığı və müzakirə etdiyi məsələlərdən biri də məşqdən əvvəl və ya sonra yemək yeməkdir.

Boş mədə ilə məşq etmək, özünüzü yüngülləşmiş hiss etməyinizə səbəb ola bilər, lakin məşqdən əvvəl qida qəbulu, etdiyiniz məşqi doğru bir şəkildə tamamlamaq üçün “yanacaq” rolunu oynayır.

İndi hər iki variantın müsbət və mənfi cəhətlərinə nəzər salaq:

273 iştirakçının iştirak etdiyi araşdırmada, məşqə acqarınla başlamağın bədəndə yağ yandırmasına, qida qəbulundan sonra isə insulin və qlükoza səviyyəsinin daha yüksəlməsi barədə qənaətə gəlinib.

Digər tərəfdən, acqarına idman etmək yağların yandırılmasını artırır və sizi daha çox yorur. Məşqdən sonra daha çox ac olacaqsınız və beləliklə sağlam olmayan qidalar yeyə bilərsiniz. Məşqdən yorulan ac bədəni idarə etmək isə çox çətindir. Bu, yeməməli olduğunuz qidalara üz tutmağınıza səbəb ola bilər.

Qida qəbul etmək və ya etməmək mübahisəsinə gəldikdə, burada məşqin növü vacibdir. Əgər siz yüngül kardio hərəkətləri, yaxud yoqa ilə məşğul olurunuzsa, burada qida qəbulu öncəlikli deyil. Ancaq ağır çəkilərlə edilən məşqlər zamanı ekspertlər qida qəbul etməyi məsləhət görürlər. Həmin qida məşqdən ən azı iki saat əvvəl qəbul edilsə, daha məqsədəuyğun olar.

Həmçinin, mütəxəssislər bildirirlər ki, optimal performans üçün bədənimizi məşq etməzdən əvvəl zülal və karbohidratlarla qidalandırmaq lazımdır.

Karbohidratlar bədənimizdə glikogen ehtiyatlarını artırır və enerjimiz azaldıqda qaraciyər və əzələlərimiz boşalır. Protein əzələ zədələnməsinin qarşısını alır və məşq seansından sonra əzələ bərpasını sürətləndirir.

Məşqdən sonra yulaf əzməsi, tərəvəz, qəhvəyi düyü və lobya kimi sağlam karbohidratlar qəbul etmək doğru seçim olar. Ən sağlam protein mənbələri isə başda heyvanmənşəli protein növləri hesab olunan mal əti, toyuq sinəsi, yumurta, kəsmik və qatıq başda olmaqla, bitkimənşəli badam, qarabaşaq, qoz yağı və mərciməkdir. Eyni zamanda fıstıqəzməsi də məşqdən sonra məsləhət görülən qidalar arasında gəlir.

Məşqdən sonra tam taxıl çörəyi ilə hazırlanmış hisə verilmiş hinduşka və tərəvəzli sendviç əla seçim ola bilər. Digər tərəfdən unutmaq olmaz ki, ağır məşqdən sonra orqanizmin bərpası 24-48 saat çəkir və qidalanmanı buna uyğun təşkil etməlisiniz. Məşqdən sonra süd və kefir kimi probiyotiklər qəbul edə bilərsiniz. Yeri gəlmişkən, onu da qeyd edək ki, ağır məşqlər zamanı qəbul edilən qida məşqdən iki və ya üç saat öncə tükədilməlidir. Yemək qəbulundan dərhal sonra ağır məşqlərə başlamaq həzm sisteminizdə ciddi problemlər yarada bilər və qan dövranınızın düzgün işləməməsinə səbəb ola bilər. Nəticədə etdiyiniz idman sizə yorğunluq, halsızlıq və baş ağrısı olaraq geri qayıdar.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »