Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya ilə hesablaşmaları milli valyuta ilə aparmaq niyyətindədir
Türkiyə Rusiya ilə hesablaşmaları milli valyuta ilə aparmaq niyyətindədir

Türkiyə və Rusiya milli valyutalarda, o cümlədən enerji sektorunda qarşılıqlı hesablaşmalar məsələsində konsensus əldə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

“Rusiya ilə ticarətimiz bir çox istiqamətlərdə davam edir. Şübhəsiz ki, enerji ən böyük xərc maddələrindən biridir, lakin bu, həm də turizmə, qidaya aiddir. Təxminən 5-6 ildir ki, hər iki lider - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin  milli valyutalarla ticarət yolunu davam etdirmək niyyətlərini bildiriblər. Hələlik bu, bu prosesi daha da sürətləndirib. Son görüşlərimiz zamanı Rusiya qazının rublla ödənilməsinə dair razılıq əldə olundu. Bununla bağlı təbii ki, müəyyən texniki işləri başa çatdırmaq lazımdır”, - deyə o, TRT-yə müsahibəsində bildirib.

Eyni zamanda Dönməz Türkiyə və Rusiya Federasiyasının bu mövzuda konsensusa gəldiyini və artıq ölkələr arasında milli valyutalarla qismən ticarətə başlanıldığını təsdiqləyib.

Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və o, Ankaranın Rusiya qazının tədarükünün 25%-ni rublla ödəməsi barədə razılığa gəldiyini açıqlayıb.

Bir neçə gün sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Rusiya qazının 25%-nin rublla ödənilməsinə dair razılaşmanın yaxın vaxtlarda qüvvəyə minəcəyini bildirib.

Oktyabrın 6-da Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyənin Rusiya qazının tədarükü üçün ödənişlərin bir hissəsini rubla köçürdüyünü açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »