Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Ən azı 12 ölkə BRHÇC-ə qoşulmaqda maraqlıdır
Lavrov: Ən azı 12 ölkə BRHÇC-ə qoşulmaqda maraqlıdır

"BRHÇC qlobal assosiasiyası dünya arenasında artan nüfuza malikdir, ən azı 12 ölkə onun üzvü olmaqda maraqlıdır".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla görüşündə deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, BRHÇC adlanan və Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən struktura kifayət qədər tələbat var:

"Bu qlobal birliyə maraq çox yüksəkdir və artmaqda davam edir. Bu istəkdə olanlar təkcə Əlcəzair, Argentina, İrandan ibarət deyil. Əslində ondan çox belə ölkə bu birliyə qoşulmaqda maraqlıdır”, - deyə o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, BRHÇC-ə üzv ölkələr bu assosiasiyanın potensial genişləndirilməsi üçün meyar və prinsipləri tezliklə razılaşdırmaq niyyətindədirlər.

“BRHÇC-in genişləndirilməsinin necə və nə vaxt başlayacağı barədə danışmazdan əvvəl biz Beşliyin bir hissəsi olaraq bu cür müraciətlərə baxılması üçün meyarlar və prinsiplər barədə razılığa gəldik”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, müraciətlər artıq rəsmi şəkildə qəbul olunduğundan, təbii ki, biz gözləyirik ki, BRHÇC-in genişlənməsinin meyarları və prinsipləri ilə bağlı razılaşma çox uzun çəkməyəcək. Burda söhbət təkcə prosüdür qaydalardan getmir. Siz əvvəlcə bu assosiasiyanın potensial genişlənmiş tərkibdə daha da necə inkişaf edəcəyini başa düşməlisiniz. Orada öz yerinizi müəyyən edəcəksiniz", - deyə Rusiya xaxici siyasət idarəsinin rəhbəri qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »