Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski "G20" sammitində Putini görmək istəmir
Zelenski "G20" sammitində Putini görmək istəmir

Ukrayna prezidenti Vladimir Zelenski İndoneziyanın Bali adasında keçiriləcək "G20" sammitində iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Suspilnı"ya prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Müəyyən formatda, əlbəttə ki, Vladimir Zelenski "G20" sammitində iştirak edəcək. Hələlik bundan artıq heç bir söz deyə bilmərəm", - deyə Nikiforov bildirib.

O, qeyd edib ki, prezident mütləq iştirak edəcək, böyük ehtimalla bu, onlayn formatda olacaq.

Bundan əvvəl, noyabrın 3-də prezident Zelenski jurnalistlərlə söhbətində Putin orada olsaydı, yəqin ki "G20" sammitində iştirak etməyəcəyini bildirmişdi: “Həm mənin şəxsi mövqeyim, həm də Ukrayna dövlətinin mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının başçısı iştirak edəcəti təqdirdə, Ukrayna tədbirə qatılmaqdan imtina edəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, "G20"-nin hazırkı sammiti noyabrın 15-16-da Balidə keçiriləcək. Tədbirdə iştirak etdəcək ölkələr arasında Ukrayna xüsusi olaraq dəvət olunub. "G20" sammitində sülh, sağlamlıq, rəqəmsal transformasiya və davamlı enerjiyə keçidin müzakirəsi əsas gündəm olacaq.

İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putini sammitə dəvət edib, baxmayaraq ki, onun iştirakı hələ təsdiqlənməyib.

Putinin mümkün səfəri Qərbdə hiddətə səbəb olub. "CNN" kanalı Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən yazıb ki, Bayden Putinlə görüşmək niyyətində deyil.

Həmçinin, "Politico" nəşri oktyabr ayında Ağ Evin iki prezidentin görüşünü istisna etməyə çalışacağını yazmışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »