Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin ikinci Ay tutulması hadisəsi başlayıb
İlin ikinci Ay tutulması hadisəsi başlayıb

Bu gün ilin ikinci Ay tutulması hadisəsi başlayıb.

Bizimyol.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, saat 12:02-dən etibarən yarımkölgəli Ay tutulması başlayıb. Saat 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

Bu ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkündür.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək. Yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »