Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusunda gündə 500 "mobik" həyatını itirir
Rusiya ordusunda gündə 500 "mobik" həyatını itirir

Rusiya işğal altında olan Hersonda  psixoloji məqsəd daşıyan xüsusi məlumat əməliyyatı keçirir.

Belə ki, Rusiya ordusu genişmiqyaslı hücumlar həyata keçirir, komanda məntəqələrini və döyüşə hazır hissəsləri Dnepr çayının sol sahilinə köçürür.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko danışıb.

Onun sözlərinə görə,  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, “mobik” adlandırılanların itkiləri çox yüksəkdir. Yəni hardasa gündə 500 nəfər Rusiya əsgəri öldürülür. Belə ki, yeni çağırışçılar müdafiənin birinci cərgəsində yerləşdirilir. Yəni daha təcrübəlilər arxada yer alır.

General bildirib ki, təcrübəli hərbçilər, hava-desant qoşunları, Herson istiqamətində dəniz piyadaları - növbəti sıralardadır.

“Putinin fikrincə,  səfərbərlik Luqansk vilayətində - Kreminnaya, Svatovoda və Xerson istiqamətində irəliləyişimizi dayandırmaq, eləcə də hərbi əməliyyatlarda, hücumlarda və cəhdlərdə iştirak edən qoşunlara kömək məqsədi daşıyırdı.

O sıralarda kifayət qədər insan olsa da, zəif təlim keçdikləri üçün itkilər çox olacaq”-deyən general qeyd edib ki, Rus ordusunun  təcürbəsizləri qıırlacaq, sağ qalanlar isə,  birtəhər həyatını xilas etməyi, yəni döyüşməyi və tapşırıqlarını yerinə yetirməyi öyrənəcək.

“Biz artıq Ukraynanın hər yerində hədəflərə hava zərbələrinin intensivliyinin azaldığını görürük. Əgər əvvəllər, xüsusən də ilk aylarda rus işğalçı qoşunları öz təyyarələri ilə bütün əraziyə zərbələr endirirdilərsə, indi bu, əsasən, təmas xəttində cəmləşib.

Rusiyanın itkilərinin nə qədər ciddi olduğunu nümayiş etdirir. Bununla belə, təsəvvür etmək lazımdır ki, Sovet İttifaqı hava hücumundan müdafiə sistemləri ilə müvafiq şəkildə silahlanmış Taliban partizan birləşmələrinə qarşı vuruşurdu. Bu, Ukrayna Müdafiə Qüvvələrinin imkanlarından xeyli fərqlənir.

Əfqanıstanda müharibə başlayanda ABŞ Taliban “Stinger”i verib-verməyəcəyini düşünsə də, sonra bu silah müharibəyə ciddi töhfə verdi. İndi Ukrayna alman, Amerika, Norveç silahları  alır. Ona görə də vəziyyət fərqlidir” -deyə o əlavə edib.

General qeyd edib ki,  Berislav bölgəsindəki elektrik xətləri partladılıb. Buna görə də şəhər əsasən enerjisizdir.

Sonda o qeyd eidb ki,  Hersonun azad edilməsi hələ zaman alacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »