Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Vaşinqtonda görüblər
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Vaşinqtonda görüblər

7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat verib.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu barədə Rusiya mətbutı da məlumat yayıb. Qısqanclıq notları ilə dərc edilmiş xəbərdə: "Daha əvvəl Ermənistanın “Hraparak” qəzeti mənbələrə istinadən yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə Tbilisidə sülh müqaviləsi imzalaya bilərlər. Xəbər verildiyi kimi, tərəflər münaqişənin həlli üçün “Qərb variantını” seçməyə hazırlaşır", - deyə qeyd edilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »