Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah tədarükü ilə bağlı razılaşmaların olmadığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Koreya Mərkəzi Xəbər Agentliyinə (KMXA) istinadən "Reuters" agentliyi məlumat verib.
“Biz bir daha bildirmək istəyirik ki, bizim Rusiya ilə heç vaxt “silah sövdələşməsi”miz olmayıb və bunu gələcəkdə də etməyi planlaşdırmırıq. Koreya Xalq Demokratik Respublikası Rusiyaya hər hansı silh saxdığı yalan məlumtdır. İddiaların heç bir əsası yoxdur. Koreya dövləti barəsində yayılan bunun kimi bütün yalan iddiaları rədd edir”, – Reuters çərşənbə axşamı KMXA-nın yaydığı bəyanatdan sitat gətirib.
Bundan əlavə, KXDR vurğulayıb ki, Pxenyanla Moskva arasında bu cür razılaşmalar barədə şayiələr ABŞ-ın -in reputasiyasını ləkələmək cəhdidir.
Ötən çərşənbə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Şimali Koreyanın hakimiyyət orqanlarının Ukraynada xüsusi hərbi əməliyyatlar çərçivəsində istifadə etmək üçün gizli şəkildə Rusiyaya artilleriya mərmiləri göndərdiyini iddia edib.
Sentyabrda Yonhap xəbər agentliyi Şimali Koreyanın dövlət mediasına istinadən xəbər vermişdi ki, Pxenyan Rusiyaya silah tədarük etməyib və bunu etməyi planlaşdırmır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "xüsusi hərbi əməliyyat" adı altında Ukraynaya qoşun yeridilməsi ilə bağlı qərar verib. Rus ordusu Ukraynanın ərazilərini işğal edib. Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə silah tədarükünü milyardlarla dollar artırıb.
Qadir, Bizimyol.info