Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı deputatın maşını minaya düşdü
Rusiyalı deputatın maşını minaya düşdü

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Borodayın mühafizə xidmətinə məxsus avtomobil minaya düşüb. Hadisə Xerson ərazisində baş verib.

Bizimyol.info xəbər verir ki, avtomobilin minaya düşdüyünü əks etdirən görüntülər çəkilib. Həmin görüntülər noyabrın 7-də hərbi jurnalist Çingiz Dambiyevin “Telegram” kanalında yayımlanıb.

Həmin kadrlardan görünür ki, deputatı müşayiət edən avtomobil bir qədər irəlidə minaya düşərək dayanıb. Maşının şüşələri sınıb.

“Bizim bəxtimiz gəitirdi...”, - deyə o bildirir.

Həmçinin görüntülərdə Boroday arxadakı maşının düz yanında yerdə basdırılmış tank əleyhinə minanı nümayiş etdirir. Onun olduğu avtomobil həmin minanın olduğu yerin bir neçə santimetrliyindən keçib.

50 yaşlı Boroday 2014-cü ildə Donetskın Rusiya tərəfindən işğalından sonra yaradılan qondarma Donetsk Xalq Respublikasının bir müddət baş naziri olub. Bir neçə ay sonra isə istefa verdiyini açıqlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »