Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizi Xerson uğrunda həlledici döyüş gözləyir" - Vuçiç
"Bizi Xerson uğrunda həlledici döyüş gözləyir" - Vuçiç

Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynadakı münaqişədə Xerson uğrunda mümkün döyüşün həlledici olacağını bildirib və bunu Stalinqrad döyüşü ilə müqayisə edir.

Bizimyol.info xəbər verir ki, Aleksandr Vuçiç bu fikri bazar günü Pink telekanalında bildirib.

“Bizi çətin vaxt gözləyir. Qarşıdan gələn qış bundan da çətin olacaq, çünki bizi "Stalinqrad döyüşü", Ukrayna müharibəsində həlledici döyüş, hər iki tərəfin minlərlə tank, təyyarə, artilleriyadan istifadə etdiyi Xerson uğrunda döyüş gözləyir. Qərb bu yolla Rusiyanı məhv edə biləcəyini düşünür. Rusiya isə hesab edir ki, bu yolla müharibənin əvvəlində tutduğu əraziləri qoruya və müharibəni sona çatdıra biləcək. Bu, hər yerdə əlavə problemlər yaradacaq”,- deyə Serbiya prezidenti hesab edir.

Qeyd edək ki, noyabrın 6-da Xerson vilayətinin "qubernatorunun müavini" Kirill Stremousov bildirib ki, Ukrayna tərəfi bölgənin kənarında çoxlu sayda tank və zirehli texnika toplayır. Bundan əvvəl o, Kiyevin hücum cəhdi ərəfəsində atəşi gücləndirdiyini irəli sürmüşdü.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" adı ilə müharibə elan edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də dünyanın əksər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Qərb ölkələri Kiyevə bu mərhələdə milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməyə başlayıb.

Xatırladaq ki, Stalinqrad döyüşü Böyük Vətən Müharibəsinin həlledici strateji əməliyyatlarından biridir. Əhatə dairəsi, müddəti, intensivliyi və iştirakçıların sayı baxımından İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərindən biri olub. Döyüş 200 gün davam edib və 400-dən 850 kilometrə qədər uzanan bir cəbhə ilə təxminən 100.000 kvadrat kilometr ərazini əhatə edib.

Döyüşlərin müxtəlif mərhələlərində hər iki tərəfdən 2,1 milyondan çox insan iştirak edib. Bu döyüş müharibənin gedişatını kökündən dəyişdirdi və Sovet qoşunlarının Almaniya üzərində qələbəsinin xəbərçisi olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »